Medianews.az
Akumlyatoru yoxlayarkən dəhşət yaşadı – maşın qadının üstündən keçdi
66 baxış

Akumlyatoru yoxlayarkən dəhşət yaşadı – maşın qadının üstündən keçdi (ANBAAN VİDEO)

Argentinada gənc qadının yaşadığı dəhşətli qəza təhlükəsizlik kameralarına düşüb.

Medianews.az xəbər verir ki, Comodoro Rivadavia şəhərində yaşayan Yessica adlı qadın avtomobilinin akkumulyatorunu yoxlamaq üçün kapotu açıb.

Naqilləri qoşmağa çalışdığı anda avtomobil qəfil hərəkət edərək qadınının üstündən keçib.

Görüntülərdə “Renault Clio” markalı avtomobilin qadının sinəsinin üzərindən keçdiyi açıq şəkildə görünür. Hadisədən sonra əraziyə polis və təcili yardım cəlb olunub.

Qan içində yerdə qalan qadın dərhal xəstəxanaya aparılıb. Həkimlər onun möcüzə nəticəsində ciddi xəsarət və ya sınıq almadığını açıqlayıblar.

Şahidlərin sözlərinə görə, qadın akkumulyator kabellərini qoşduğu anda avtomobil bir anda irəli atılıb. Hazırda polis hadisənin əl əyləcinin çəkilməməsi və ya texniki nasazlıq səbəbindən baş verib-vermədiyini araşdırır.

Sosial şəbəkələrdə yayılan görüntülər böyük rezonans doğurub. Bəzi istifadəçilər qadının diqqətsiz davrandığını yazsa da, digərləri onun sağ qalmasını “möcüzə” adlandırıblar.

Medianews.az

Bizə qoşulun