Argentina millisinin və “Atletiko”nun futbolçusu Rodriqo De Paul Türkiyədə oynaya bilər.
Trend xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, 31 yaşlı futbolçu “Beşiktaş”ın transfer siyahısında yer alıb.
“İnter Mayami”də icarə əsasında oynamış argentinalı özü də Türkiyədə çıxış etməyi götür-qoy edir. “Rasinq”, “Valensiya”, “Udineze” klublarında çıxış etmiş De Paulun “Atletiko” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
O, “Beşiktaş”ın rəsmiləri ilə söhbətində şərtlərini də bildirib.