Türkiyənin aparılan infrastruktur işləri zamanı maraqlı hadisə baş verib.
Medianews.az xəbər verir ki, hadisə Amasya vilayətinin Merzifon rayonunda baş verib.
Bələdiyyə işçisi ekskavatorla qazıntı apararkən torpağın altında sərt cismə rast gəlib. Torpağı təmizlədikdən sonra böyük ölçülü tarixi küp aşkar edən işçi əvvəlcə bunun qızıl dolu xəzinə olduğunu düşünüb.
Ərazidə dolaşan xəzinə əfsanələrinin də təsiri ilə tapıntının qiymətli əşyalarla dolu olduğuna inanan işçi tarixi əşyaya zərər verməmək üçün texnikanı dayandırıb və əlində kürəklə küpün ətrafını qazmağa başlayıb.
Küpü tam şəkildə üzə çıxardıqdan sonra böyük həyəcanla onun içini yoxlayan işçi gözlənilməz mənzərə ilə qarşılaşıb. Tarixi küpün içindən qızıl və digər qiymətli əşyalar deyil, əsrlər əvvələ aid olduğu ehtimal edilən taxıl dənələri çıxıb.
Tapıntının içərisində qədim ərzaq qalıqlarını görən bələdiyyə işçisi həm təəccüb, həm də məyusluq yaşayıb.