Medianews.az
"Barselona"ya qayıtmaq
46 baxış

"Barselona"ya qayıtmaq istəyir

İngiltərənin "Çelsi" klubunun futbolçusu Mark Qiu İspaniya təmsilçisi "Barselona"ya qayıtmaq istəyir.

"Report" xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.

20 yaşlı hücumçu bu barədə "Barselona" rəhbərliyinə də müraciət edib. Lakin hazırkı ölkə çempionunun idman direktoru Deku komandadan ayrılmağı üstün tutan oyunçuları heyətə qaytarmaq istəmədiklərini bildirib.

İspaniyalı forvard 2024-cü ilin yayında 6 milyon avro qarşılığında "Çelsi"yə keçib. O, cari mövsüm "zadəganlar"ın heyətinə düşməkdə çətinlik çəkir.

Xatırladaq ki, Mark Qiu meydana çıxdığı 14 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizə qoşulun