Medianews.az
İlon Mask ELAN ETDİ: ABŞ-da vətəndaş müharibəsi başlayıb -
65 baxış

İlon Mask ELAN ETDİ: ABŞ-da vətəndaş müharibəsi başlayıb - FOTO

Amerikalı milyarder İlon Mask etiraf edib ki, artıq ABŞ-da ikinci vətəndaş müharibəsi başlayıb.

Publika.az xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.

Mask başqa bir istifadəçinin amerikalıları ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsinə (ICE) etirazlara görə “Vətəndaş Müharibəsi 2.0”ın başlandığını etiraf etməyə çağıran yazısını şərh edib.

"Görünür, elədir", - deyə iş adamı yazıb.

Qeyd edək ki, yanvar ayında Minneapolis ABŞ prezidenti Donald Trampın immiqrasiya siyasətini sərtləşdirmək tədbirlərinə qarşı müqavimət mərkəzinə çevrilib. ICE agentlərinin qanunsuz immiqrantları müəyyənləşdirmək və deportasiya etmək üçün etdiyi hərəkətlər sakinlər arasında qəzəbə səbəb olub və onların saxlanılması zamanı baş verən itkilər vəziyyəti daha da ağırlaşdırıb.

Bizə qoşulun