Bakıda kiçik yanğın hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən Məlhəm Hospitalda baş verib. Məlumata görə, binanın fasad hissəsində qısa müddətli tüstülənmə müşahidə olunub.
Hadisə ilə əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb edilib. Operativ müdaxilə nəticəsində tüstülənmənin tez bir zamanda qarşısı alınıb.
İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb, vəziyyət nəzarət altındadır. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.