Azərbaycanın milli futbol çempionatının yüksək dəstəsində (premyer liqa) 2025-2026 mövsümünün iki dövrəsi geridə qalıb.
Medianews.az bildirir ki, 33 turluq çempionatda 22 turdan sonra “Sabah” 53, “Qarabağ” 46, “Turan Tovuz” 41, “Zirə” 38 xal toplayıb.
“Araz-Naxçıvan” 33, “Sumqayıt” və “Neftçi” 31, “Şamaxı” 26, “İmişli” 21, “Kəpəz” və “Qəbələ” 16, “Karvan-Yevlax” 7 xal əldə edib.
“Qarabağ”la “Neftçi”nin ehtiyatda bir oyunu var.
1992-ci ildən başlayaraq “Qarabağ” 12, “Neftçi” 9, “Kəpəz” 3, “Şəmkir”, “Bakı” və “İnter” (indiki “Şamaxı”) 2, “Turan” (Tovuz) və “Xəzər Lənkəran” 1 dəfə ölkə çempionu olub.