Medianews.az
Azərbaycanın Əməkdar məşqçisi
60 baxış

Azərbaycanın Əməkdar məşqçisi vəfat etdi

Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ idman ustası İqor Pavloviç Leksutov bu gün 82 yaşında dünyasını dəyişib.

Medianews.az xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyası məlumat yayıb.

Qeyd edək ki, o, 1967-ci ildən məşqçi və baş məşqçi vəzifələrində çalışıb. Təcrübəli mütəxəssis 40 ilə yaxın məşqçilik fəaliyyəti boyunca yüzlərlə idmançının yetişməsinə, Azərbaycan idman məktəbinin formalaşmasına böyük töhfələr verib.

Medianews.az

Bizə qoşulun