İranda hakim rejim əleyhinə aksiyaları dəstəkləyən ABŞ sanksiyaları gücləndirir. Yanvarın 13-də yayılan məlumata görə, ABŞ İranla ticarət aparan bütün ölkələrə 25 faizlik gömrük rüsumu tətbiq edəcək.
Bu qərar Azərbaycana da aiddir. Hazırda Azərbaycan məhsulları ABŞ-a 10 faizlik rüsumla daxil olur.
Medianews.az bildirir ki, 2025-ci ilin yanvar-noyabr aylarında ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşları siyahısında beşinci yerdə qərar tutub. Ticarət dövriyyəsinin 1 milyard 308,8 milyon dolları ABŞ-ın ixracının, 56,2 milyon dolları Azərbaycanın ixracının payına düşüb.
İranla ticarətdə isə 2025-ci ilin yanvar-noyabr aylarında ixrac 9,4 milyon dollar, idxal 558,7 milyon dollar olub.