Medianews.az
Azərbaycan Kubokunda ilk finalçının adı bəlli olur:
109 baxış

Azərbaycan Kubokunda ilk finalçının adı bəlli olur: "Zirə", yoxsa "Turan Tovuz"?

Futbol üzrə Bizon Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.

Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, mərhələnin ilk qarşılaşmasında bu gün "Zirə" "Turan Tovuz"u qəbul edəcək.

Oyun Zirə İdman Kompleksinin stadionunda saat 19:00-da start götürəcək.

Xatırladaq ki, komandalar arasında keçirilən ilk qarşılaşma "Zirə" klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu mərhələnin digər matçında sabah "Qarabağ" səfərdə "Sabah"la üz-üzə gələcək.

Azərbaycan Kuboku

Yarımfinal, cavab oyunları

21 aprel

19:00. "Zirə" - "Turan Tovuz" (ilk oyun 2:0)

Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.

VAR: Rauf Cabarov.

AVAR: Elşad Abdullayev.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Zirə İdman Kompleksinin stadionu

Bizə qoşulun