Medianews.az
Azərbaycan komandalarının bütün mümkün rəqibləri
293 baxış

Azərbaycan komandalarının bütün mümkün rəqibləri

2026-2027 mövsümündə UEFA-nın klub turnirlərinə Azərbaycanın 4 komandası buraxılıb. Onların ilk səddəki mümkün rəqibləri bəllidir.

Medianews.az bildirir ki, Çempionlar Liqasına birinci mərhələdən başlayan “Sabah”a İrlandiyadan “Şemrok Rovers”, Finlandiyadan KuPS, Kosovodan “Drita”, Cəbəllütariqdən “Linkoln”, Bosniyadan “Borats”, İslandiyadan “Vikinqur”, Qazaxıstandan “Kayrat”, Ruminiyadan “Universitatya” (Krayova), Latviyadan “Riqa”, Farer adalarından “Klaksvik”, Estoniyadan “Flora”, Şimali İrlandiyadan “Larn”, Moldovadan “Petrokub”, Uelsdən “Nyu Sents” qismət ola bilər.

Avropa Liqasının birinci mərhələsində yer alan “Qarabağ”ın bu mümkün rəqibləri var: “Jilina” (Slovakiya), “Voyvodina” (Serbiya), “Universitatya” (Kluj, Rumıniya), “Alüminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya), “Vestri” (İslandiya).

Konfrans Liqasında birinci mərhələdən start götürən “Neftçi”nin bu komandalarla üz-üzə gəlməsi mümkündür: “Velej” (Bosniya), “Virtus” (San Marino), “Liepaya” (Latviya), “İlves” (Finlandiya), “Santa Koloma” (Andorra), “Konnahs Kuey”, “Penybont”, “Karnarfon Taun” (Uels), “Bohemians” (İrlandiya), “Styarnan” (İslandiya), “Europa” (Cəbəllütariq), “İnter” (Finlandiya), “Malişeva” (Kosovo), “Yelimay” (Qazaxıstan), “Dinamo”, “Elbasani” (Albaniya), UNA, “Mondorf-le-Ben” (Lüksemburq), “Heqelmann” (Litva), “Runavik” (Farer adaları), “Sileks” (Şimali Makedoniya), “Mornar Bar”, “Petrovats” (Monteneqro), “Qlentoran” (Şimali İrlandiya), “Marsaxlokk” (Malta), “Kalyu” (Estoniya).

Konfrans Liqasına ikinci mərhələdən başlayacaq “Turan Tovuz” bu komandalara tuş gələ bilər: “Braqa” (Portuqaliya), “Ayaks” (Niderland), “Kopenhagen” (Danimarka), “Gent” (Belçika), “Rapid”, “Austria” (Avstriya), “Panatinaikos” (Yunanıstan), “Ludoqorets” (Bolqarıstan), “Styaua”, “Kluj” (Rumıniya), “Rakov”, “Katovitse” (Polşa), “Partizan” (Serbiya), “Luqano”, “Syon” (İsveçrə), AEK, “Apollon” (Kipr), “Başakşəhər” (Türkiyə), “Riyeka” (Xorvatiya), HİK (Finlandiya), “Zrinski” (Bosniya), “Brann” (Norveç), “Spartak” (Slovakiya), “Qradets” (Çexiya), “Vaduts” (Lixtenşteyn), “Nordsyaelland” (Danimarka), “Tobol” (Qazaxıstan), “Hibernian” (Şotlandiya), “HB Torshavn” (Farer adaları).

Hər üç turnirdə dörd təsnifat mərhələsi var. Çempionlar Liqasının birinci mərhələsində ələnənlər Konfrans Liqasına, qalan mərhələlərində ələnənlər Avropa Liqasına köçəcək, Avropa Liqası təsnifatlarında ələnənlər Konfrans Liqasına adlayacaq, 36 komandalıq liqa mərhələlərində ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala çıxacaq.

Toğrul Əli, 
Medianews.az

Bizə qoşulun