Medianews.az
Azərbaycan əhalisi nələrə pul xərcləyir? -
142 baxış

Azərbaycan əhalisi nələrə pul xərcləyir? - Statistika

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2026-cı ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 14 milyard 151,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11 milyard 358,9 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Medianews.az bildirir ki, ticarət şəbəkəsində xərclənən vəsaitin 50,9 faizi ərzaq məhsullarının, 4,6 faizi içkilər və tütün məmulatlarının, 12,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4 faizi avtomobil yanacağının, 4,4 faizi elektrik malları və mebellərin, 2,9 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,5 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,5 faizi başqa qeyri-ərzaq mallarının payına düşüb.

Hesabat dövründə bir nəfər orta hesabla ayda 275,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 221,2 manatlıq qeyri-ərzaq malları alıb.

Medianews.az

Bizə qoşulun