Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2026-cı ilin ilk beş ayında Azərbaycanın ixracının 8,8 milyard dolları neft-qaz sektorunun, 3,6 milyard dolları qızılın, 12,5 milyon dolları elektrik enerjisinin payına düşüb.
Medianews.az bildirir ki, qalan əsas ixrac məhsulları belə sıralanır:
meyvə-tərəvəz – 354,8 milyon dollar;
plastmas və ondan hazırlanan məmulatlar – 124,1 milyon dollar;
alüminium və ondan hazırlanan məmulatlar – 117,5 milyon dollar;
pambıq lifi – 112,9 milyon dollar;
kimya sənayesi məhsulları – 107,8 milyon dollar;
şəkər – 54,7 milyon dollar;
qara metallar və onlardan hazırlanan məmulatlar – 46,4 milyon dollar;
alkoqollu və alkoqolsuz içkilər, sirkə – 26 milyon dollar;
iplik pambıq – 23,2 milyon dollar
tərəvəz və meyvələrin emal məhsulları – 18,5 milyon dollar;
sement – 18 milyon dollar;
bitki və heyvan mənşəli piylər və yağlar – 15,2 milyon dollar;
çay – 3 milyon dollar.