Əziz Əlibəyli,
politoloq
08.08.2025, 07:57
203 baxış
Azad
Ağ evdə İranın qırmızı xətləri və qara günləri - Və ya ağı qarasına qarışanların daltonikliyi
İran Məsləhət Şurasının üzvü Vilayəti və Ermənistanda səfir olan Sobhani hələ 2020-ci ildən sonra Azərbaycanın Zəngəzur dəhlizini açmasına "Ermənistanın ərazi bütövlüyü pozula bilməz", "regionda sərhədlər dəyişdirilə bilməz" və s. açıqlamalar verərək Azərbaycanın haqlı olası hərbi-siyasi addımlarının qarşısını aldılar.
Halbuki 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın şərtlərində (ilkin) kommunikasiyanın açılması adı altında Zəngəzur açılmalı idi.
Lakin İranın açıq və birbaşa dövlət səviyyəsində Azərbaycanı təhdidlərlə dayandırmasının (sadəcə həmin an üçün bizim plan fərqli idi) illər sonra İrana nələrə başa gəldiyini görürük.
Bu gün Ağ evdə qırmızı xətlərin bakirəliyinin pozulması İran üçün növbəti qara günlərin əvvəli olacaq.
Həm də təhdid etdiyi Azərbaycan yox, müqavilə tərəfi Ermənistan və Amerikadır.
İndi buyurun görək, ey batini-əhli-siyasi qüburlar, qulağınızın dibindən amerikan əsgəri yeridilir. Səsiniz çıxmır, daltonikliyiniz tutub, dərhal keçmisiniz hava proqnozlarına ki, İrana gələn buludların qabağını Azərbaycan və Türkiyə kəsirmiş.
İnanılmazdır, amma bu ağılda olan adamlar qonşuluqdakı ən qədim və zəngin sivilizasiyaya malik olan dövlətin təpəsində əyləşib idarə edirlər.
Əziz Əlibəyli,
politoloq
Əziz Əlibəyli,
politoloq
Paylaş: