Medianews.az
Ayı məktəbə girib şagirdə
192 baxış

Ayı məktəbə girib şagirdə hücum etdi

Hindistanda ayı dərs zamanı məktəbə girib və 6-ci sinifdə oxuyan oğlana hücum edib.

Medianews.az xəbər verir ki, hadisə 22 dekabr səhəri Uttarakhand ştanın Harişankar məktəbində baş verib.

Ayı sinif otağının qapısını sındırıb məktəbliyə hücum etdikdən sonra onu meşəyə sürükləmək istəyib. Müəllimlər və digər şagirdlərin səyləri sayəsində oğlan xilas edilib.

Yırtıcı oğlanı yaxınlıqdakı kolluqlarda atıb. Məktəbli heyvanın caynaqlarından və dişlərindən çoxsaylı xəsarətlər alıb.

Bu, son günlərdə Uttarakhandda məktəbə girən ikinci yırtıcıdır. Başqa bir heyvan Harişankar məktəbində dərsdən sonra evə qayıdan şagirdə hücum edib.

Medianews.az

Bizə qoşulun