Medianews.az
Arda Gülərin 68 metrlik qolu
93 baxış

Arda Gülərin 68 metrlik qolu tarix yazdı

Türkiyə millisinin və Madridin Real Madrid klubunda çıxış edən ulduzu Arda Güler növbəti böyük uğura imza atıb.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Arda Gülərin Elçe ilə oyunda təxminən 68 metrdən vurduğu möhtəşəm qol İspaniya La Liqasında 2025/26 mövsümünün ən yaxşı qolu seçilib.

Xatırladaq ki, gənc futbolçu mart ayında keçirilən qarşılaşmada topu öz yarımsahasından qəbul edərək uzaq məsafədən qapıya göndərmiş və həmin qol futbol ictimaiyyətində böyük rezonans doğurmuşdu. Qol həm azarkeşlər, həm də futbol ekspertləri tərəfindən mövsümün ən yaddaqalan epizodlarından biri kimi qiymətləndirilirdi.

La Liqanın rəsmi səsverməsinin nəticələrinə əsasən, Arda Gülərin bu qolu mövsümün ən yaxşı qolu adına layiq görülüb. Bu, gənc futbolçunun son günlər qazandığı növbəti fərdi mükafat olub.

Qeyd edək ki, Arda Gülərin Elçe qapısından keçirdiyi həmin zərbə İspaniya futbolunda son illərin ən uzaq məsafədən vurulan qollarından biri kimi tarixə düşüb.

Medianews.az

Arda Güler, Real Madrid ile Elche CF arasında oynanan LaLiga maçında takımının dördüncü golünü attıktan sonra Real Madrid teknik direktörü Arbeloa'ya sarılıyor, 14 Mart 2026.

Bizə qoşulun