Medianews.az
“Apokalipsis”in “Yaquar pəncəsi” həbs olundu -
66 baxış

“Apokalipsis”in “Yaquar pəncəsi” həbs olundu - FOTO

Mel Gibsonun dünyaşöhrətli “Apokalipsis” filmində canlandırdığı “Yaquar pəncəsi” (“Jaguar Paw”) obrazı ilə tanınan aktyor Rudi Yanqblad ABŞ-nin Texas ştatında polislər tərəfindən saxlanılıb.

Medianews.az TMZ portalına istinadla xəbər verir ki, 43 yaşlı aktyor narkotik vasitələrin saxlanması və ticarəti ittihamı ilə həbs edilib.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan axtarış zamanı aktyorun üzərində 1-4 qram miqdarında qadağan olunmuş maddə aşkar olunub.

Texas qanunvericiliyinə əsasən, bu miqdarda narkotik maddə saxlamaq ağır cinayət hesab olunur. Bu əməlinə görə aktyoru 2 ilə qədər həbs cəzası və ya 10 min dollar məbləğində cərimə gözləyir.

Qeyd edək ki, bu, Yanqbladın qanunla ilk problemi deyil. Belə ki, 2025-ci ilin oktyabr ayında o, məişət zorakılığı ittihamı ilə də həbs olunmuşdu. Aktyorun karyerası son illərdə çəkildiyi aşağı büdcəli filmlər və şəxsi həyatındakı qalmaqallarla gündəmə gəlir.

Bizə qoşulun