Medianews.az
"Şahdağ Qusar" baş məşqçi Elnur Abdullayev və köməkçiləri ilə
79 baxış

"Şahdağ Qusar" baş məşqçi Elnur Abdullayev və köməkçiləri ilə yollarını ayırıb

Azərbaycanın I Liqa təmsilçisi "Şahdağ Qusar" baş məşqçi Elnur Abdullayev, həmçinin onun köməkçiləri Babək Allahverdiyev və Əlimirzə Daşzərini ilə yolları ayırıb.

Medianews.az xəbər verir ki, bu barədə "Report"a Qusar təmsilçisinin mətbuat xidmətindən bildirilib.

Məşqçilərlə müqavilənin müddəti uzadılmayıb.

Qeyd edək ki, "Şahdağ Qusar" I Liqanı 43 xalla 5-ci pillədə başa vurub.

Bizə qoşulun