Emi Barns adlı britaniyalı qadın ağrıkəsiciləri alkoqolla qarışdıraraq dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, 37 yaşlı Barnes son bir neçə ildə şiddətli bel ağrılarından əziyyət çəkirdi.
Həkimlər ona onurğa cərrahiyyəsini tövsiyə ediblər. Əməliyyatı gözləməyən qadın yatmazdan əvvəl bir neçə ağrıkəsici qəbul edib və sonra bir stəkan şərab içib.
Bu birləşmə dərin və ölümcül sedasiyaya səbəb olub. Dərmanların heç biri toksikologiya hesabatında ölümcül dozada görünməmişdir, buna görə də hadisə qəza hesab edilmişdir.
Medianews.az