Medianews.az
ABŞ-İsrail və İranın hücumları niyə azalıb -
86 baxış

ABŞ-İsrail və İranın hücumları niyə azalıb - Hesabat

ABŞ-İsrail hərbi əməliyyatı həm İsrail, həm də ABŞ üçün prioritet hədəflərin tükənməsi və İranın zərbə potensialının əksəriyyətinin məhv edilməsi səbəbindən hər iki tərəfə hava hücumlarının intensivliyinin azalması ilə xarakterizə olunan yeni bir mərhələyə qədəm qoyub.

Bu barədə ABŞ Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin analitikləri Mark Kanzian və Kris Parkın hesabatında bildirilib.

Analitiklər artıq dördüncü həftəsini yaşayan hava kampaniyasını təhlil etdikdən sonra münaqişənin daha sabit bir mərhələyə qədəm qoyduğu, hər iki tərəfin strategiyalarını uyğunlaşdırdığı, intensivliyi azaltdığı, lakin zərbə endirmək qabiliyyətini qoruduğu qənaətinə gəliblər.

Mütəxəssislərin fikrincə, əməliyyatın ilk günləri ən gərgin olub. İlk 24 saat ərzində ABŞ "Gücıü qəzəb" əməliyyatı çərçivəsində mindən çox hədəfə zərbə endirib, İsrail təyyarələri isə 750-dən çox zərbə endirib. Lakin bundan sonra temp yavaşlamağa başlayıb. Müəlliflər bunun bahalı uzaqmənzilli raketlərin, xüsusən də hər biri təxminən 3,5 milyon dollara başa gələn "Tomahavk" və JASSM raketlərinin qorunması zərurəti ilə bağlı olduğunu yazıblar./axar.az

Bizə qoşulun