Sosial şəbəkələrdə gilas sapı və ərik çayının qarışımından hazırlanan detoks içkisinin qısa müddətdə çəki itirdiyi iddiası geniş yayılıb.
Medianews.az xəbər verir ki, paylaşımda bu qarışımın orqanizmdəki ödemi azaldaraq maddələr mübadiləsini sürətləndirdiyi, düzgün qidalanma və yüngül fiziki aktivliklə birlikdə 5 gün ərzində 3 kiloqramadək çəki itirməyə kömək etdiyi iddia olunur.
İçkinin hazırlanmasında qurudulmuş gilas sapı və ərik çayı isti suda dəmlənir, daha sonra limon əlavə edilərək içilir. Sosial media paylaşımlarında bu qarışımın əsasən ara öyünlərdə istifadə edildiyi bildirilir.
Mütəxəssislər isə bu cür sürətli arıqlama iddialarına ehtiyatla yanaşmağı və hər hansı pəhriz və detoks proqramına başlamazdan əvvəl həkim məsləhəti almağı tövsiyə edir.