Medianews.az
5 dəfə evlənən qadın
283 baxış

5 dəfə evlənən qadın məhkəməlik oldu

Hindistanın Madhya Pradeş ştatında beş dəfə evlənən qadın məhkəməlik olub. 

Medianews.az xəbər verir ki, məhkəmə Hasina adlı qadını əvvəlki nikahlarını pozmadan evlənməkdə günahkar bilib.

O, iki il həbs və 2000 Hindistan rupisi cərimə cəzasına məhkum edilib.

İstintaq zamanı məlum olub ki, o, kasıb, subay kişilərin əmlakını ələ keçirmək üçün qəsdən onlarla evlənib. Həyat yoldaşlarından biri qadının əvvəlki dörd əri haqqında heç nə bilmədən onun beşinci əri olduğunu iddia edib.

Müstəntiqlərin fikrincə, qadın evliliyi dövründə məqsədlərinə çatmaq üçün ərlərini psixoloji və fiziki zorakılığa məruz qoyub. Hakim Megha Agrawal qeyd edib ki, bu, yaxşı planlaşdırılmış bir cinayətdir və təqsirləndirilən şəxsin qızları və kürəkənləri də iştirak ediblər. Cinayət, ərlərdən birinin polisə şikayət etməsindən sonra ortaya çıxıb.

Medianews.az

Bizə qoşulun