Medianews.az
27 il gözündə qələm ucu ilə
64 baxış

27 il gözündə qələm ucu ilə yaşadı

Çində 46 yaşlı kişinin gözündə 27 ildir ilişib qalan qələm ucu həkimlər tərəfindən çıxarılıb.

Medianews.az verir ki, Şençjen şəhərində həkimlər 2,5 santimetr diametrli qələm ucunu əməliyyatla götürüblər.

Fanq adlı xəstə gözündəki bir şişin böyüyüb ağrı verməsindən narahat olub. O, xəstəxanaya müraciət edib. Müayinə və kompüter tomoqrafiyası nəticəsində məlub olub ki, ağrıya səbəb uzun illər əvvəl gözündə ilişmiş qələm ucu olub. 

Fanq 27 il əvvəl sinif yoldaşı ilə münaqişə zamanı qələm ucunun gözünü zədələdiyini xatırlayıb. Həmin vaxt ona sadəcə tikiş qoyulub və o evə göndərilib Üç il sonra zədələnmiş yerdə kiçik bir şiş əmələ gəlib, Lakin Fanq buna diqqət etməyib.

Fanqın vəziyyətinin yaxşı olduğu bildirilir.

Medianews.az

Bizə qoşulun