16.07.2025, 16:03
173 baxış
Nailə
"Epi" ləqəbi ilə tanınan reper həbs edildi - YENİLƏNƏB
Polis tərəfindən saxlanılan "Epi" ləqəbli reper Əkbər Novruzlu barəsində həbs qətimkan tədbiri seçilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə Ə.Novruzlu 30 sutka müddətinə inzibati qaydada həbs edilib.
Bakıda polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılan "Epi" ləqəbli reper Əkbər Novruzlunun saxlanma səbəbi məlum olub.
Oxu.Az-ın məlumatına görə, araşdırmalarla Ə.Novruzlunun narkotik vasitə istifadəçisi olduğu üzə çıxıb.
O, həmin fakta görə saxlanılıb.