13.07.2025, 08:35
236 baxış
Azad
Məsud Pezeşkian yaralanıbmış! İsrail bombardmanının təfərrüatı ortaya çıxdı
İyunun 16-da İsrail pilotsuz aparatları və yüksək dəqiqlikli idarəolunan sursatlarla Tehranın qərbində yerləşən mühüm strateji binaya zərbə endirmişdi.
Musavat.com xatırladır ki, həmin vaxt binada İranın 3 əsas hakimiyyət qolunun rəhbərlərinin – prezident Məsud Pezeşkianın, parlament sədri və məhkəmə başçısının iştirakı ilə iclas keçirilirdi.
İran mediası və xarici mənbələrin məlumatına görə, bu zərbə Həsən Nəsrullahın Beyrutda məhv edilməsi planına bənzər taktika ilə icra olunmuşdu: binanın giriş-çıxışlarına 6 idarəolunan raket buraxılaraq həm evakuasiya yolları bağlanmış, həm də içəridəki hava dövranı pozulmuşdu. Partlayışlardan sonra binanın işığı sönmüş, ancaq yüksək çinli rəsmilər əvvəlcədən hazırlanmış fövqəladə tunel vasitəsilə ərazidən uzaqlaşa bilmişdi.