Medianews.az
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
144 baxış

“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı

Leverkuzenin “Bayer" klubu PSV-dən 23 yaşlı yarımmüdafiəçi Malik Tillmannın transferini açıqlayıb. Lent.az xəbər verir ki, ABŞ millisinin oyunçusunun müqaviləsi 2030-cu ilə qədərdir. 2023-cü ilin yayında Tillman "Bavariya"dan PSV-yə icarəyə verilib. Ötən yay yarımmüdafiəçi daimi əsaslarla Hollandiya klubuna keçib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 32 milyon avrodur. Tillman 2022-ci ildən ABŞ millisində çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 25 oyun keçirib, üç qol vurub və üç məhsuldar ötürmə edib.

Bizə qoşulun