Medianews.az
“Azərbaycanın Rusiya davranışı Mərkəzi Asiya ölkələrini də cəsarətli olmağa həvəsləndirməlidir” - <span style=color:red>Politoloq
215 baxış

“Azərbaycanın Rusiya davranışı Mərkəzi Asiya ölkələrini də cəsarətli olmağa həvəsləndirməlidir” - Politoloq

“Azərbaycanın Rusiya ilə bugünkü davranışı Mərkəzi Asiya ölkələrini də Kremllə münasibətlərdə cəsarətli olmağa həvəsləndirməlidir”. Politoloq Elxan Şahinoğlu Medianews.az-a açıqlamasında belə deyib. O bildirib ki, Rusiyada Mərkəzi Asiya ölkələrinin vətəndaşları, ən ağır işlərdə çalışan miqrantlar da aşağılanır, restoranlarına və satış mərkəzlərinə polis hücumları təşkil edilir, işgəncələr verilir: “Mərkəzi Asiya ölkələrinin bir qismi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvü olduğundan Rusiyaya bir söz deyə bilmir. Rusiya prezidenti böyük imperiyanın bərpasının vacibliyindən danışırsa, “rus hərbçisinin ayağının dəydiyi hər yer Rusiyadır” deyirsə, bərabərhüquqlu tərəfdaşlıq üçün yer qalmır. Bıçaq sümüyə dirənəndə Mərkəzi Asiya ölkələri də miqrant vətəndaşlarının döyülməsinə, işgəncə görməsinə göz yummayacaq. Kreml qonşu ölkələri “siz miqrantların pul köçürmələrindən asılısınız” tezisi ilə şantaj edir. Yəni “miqrantları ölkənizə göndərsəm, iqtisadi vəziyyətiniz ağırlaşacaq”. Halbuki miqrantların sıxışdırılması ilk əvvəl Rusiya iqtisadiyyatına mənfi təsir edəcək. Rusiyanın işçi qüvvəsinə ehtiyacı var, Ukrayna ilə müharibədə ölənlərin sayının artması boş iş yerlərinin sayını daha da çoxaldıb”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun