24.06.2025, 09:19
106 baxış
Lamiyə
LeBron Ceyms: Uzun müddət oynamayacağam
NBA dünyasının canlı əfsanəsi LeBron Ceyms karyerasını nə vaxt bitirəcəyi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Medianews.az xəbər verir ki, 40 yaşlı basketbol ulduzu ötən mövsümdə hələ də liqanın zirvəsində və ya buna çox yaxın olduğunu sübut etsə də, 2025-26 mövsümü NBA -dakı 23-cü ilini qeyd edəcək.
Fanatics Fest tədbirində Viktor Vembanyama ilə paneldə danışan Ceyms zarafat edərək bunları deyib: "Çox uzun müddət oynaya bilməyəcəm. Nə qədər çox oynasam və o (Vembanyama) mənim zərbələrimi tribunalara göndərməyə davam edərsə, təqaüdə çıxacağam”.
Ulduz oyunçu 2024-cü il Paris Olimpiadasının ABŞ Milli Komandası forması ilə son matçı olacağını açıq şəkildə ifadə edib
"Heç nə dəyişməyib. Mən həmişə ABŞ-İ dəstəkləyəcəm, amma bir daha oynayacağımı düşünmürəm" deyib.
LeBronun hələ həyata keçirmədiyi, lakin yaxın gələcəkdə həyata keçirəcəyi gözlənilən Lakers ilə 54 milyon dollarlıq müqavilə variantı var.
Bütün bu açıqlamalar LeBronun pensiya planlarının yavaş-yavaş formalaşmağa başladığını göstərir.
Medianews.az
Paylaş: