Medianews.az
Strateji tərəfdaş adlandırdığı ölkədən <span style=color:red>İrana zərbə
222 baxış

Strateji tərəfdaş adlandırdığı ölkədən İrana zərbə

İranın mühafizəkar dairələri illər uzunu İsrailin guya Azərbaycan ərazisindən İrana qarşı istifadə etdiyinə dair təxribatçı açıqlamalar yaydılar. Məlum olub ki, İsrail kəşfiyyatı İran ərazisinə dronları Əfqanıstandan keçirib. O da məlum olub ki, İsrail kəşfiyyatı Əfqanıstan ərazisində əfqanlardan ibarət müxtəlif qruplar formalaşdırıb və məhz onlar maşınlarla dronları İran ərazisinə keçiriblər. Başqa bir xəbər də ondan ibarətdir ki, “Taliban” rəhbərliyində bəzi şəxslər işin içində olublar. İranda İsrail kəşfiyyatı ilə əlaqəli olmaqda şübhəli bilinərək həbs edilən əfqanları sayı artıb. İrandakı dairələr Azərbaycanın ünvanına yersiz ittihamlar səsləndirərkən, zərbə Tehranın strateji tərəfdaş adlandığı ölkədən gəlib və bu, İran mühafizəkarları üçün gözlənilməz olub. İran İsraillə müharibənin davam etdiyi şəraitdə Əfqanıstanın və dost adlandırdığı “Taliban”ın ünvanına ittihamlar səsləndirə bilmir. Tehranın başı qarışıqdır. Ancaq İrandakı rejim müharibə nəticəsində hakimiyyətini qoruya bilsə, qonşu Əfqanıstandan aldığı zərbəyə görə “Taliban”dan hesab istəyəcək. Tehranın İran ərazisində illər boyu sığınacaq tapan milyonlarla əfqanın deportasiyasına başlayacağı da istisna deyil. Elxan Şahinoğlu, politoloq

Bizə qoşulun