Medianews.az
Ramiz Novruzun xanımı kövrəldi: <span style=color:red>“Bu senarini qızımız Şəfəqə həsr etmişdi, danışanda gözləri dolurdu” - FOTO
187 baxış

Ramiz Novruzun xanımı kövrəldi: “Bu senarini qızımız Şəfəqə həsr etmişdi, danışanda gözləri dolurdu” - FOTO

“Ramiz Həzi Aslanov rolunu çox sevirdi. Onun qəhrəmanı idi. Filmdə qardaşı ilə görüş səhnəsindən danışanda gözləri dolurdu, ağlayırdı. Taxtadan tank düzətmişdi. Həmin filmdə də istifadə olunub. Cavidan uşaq idi, sındırmışdı. Tank üstlərindən keçən səhnəni rejissor Ramiz Fətəliyev çətinliklə çəkmişdi. Bu səhnənin təhlükəli və qorxulu olduğunu deyirdi” Bunu Medianews.az-a açıqlamasında xalq artisti, mərhum aktyor Ramiz Novruzun həyat yoldaşı Xoşavaz Novruz deyib. Sənətkarın xanımı bildirib ki, Həzi Aslanovun ev muzeyini da ziyarət edib: “Bir dəfə də Lənkəranda Həzi Aslanovun ev muzeyini ziyarət etdik. Ev muzeyində hər şeylə tanış olduq və bizə bir kitab gətirdilər ki, təəssüratlarımızı yazaq. Biz bildirmədik ki, kimin qohumlarıyıq. Şəfəq elə ağlaya-ağlaya yazırdı ki.. Soruşdum ki, niyə ağlayırsan? Dedi ki, papanın əziyyətləri, zəhmətləri göz önümə gəldi, bu rolu elə ürəkdən oynayıb ki, hamı onu gerçək Həzi Aslanov bilib.. Bir az oxşarlıqları da var idi”. Xoşavaz Novruz bildirib ki, Ramiz Novruz dünyasını dəyişdiyi üçün iki senarisini tamalaya bilməyib: “Ramiz rəhmətə gedəndə otağında senarilər var idi. Biri yarımçıq qalmışdı, biri isə yazılmışdı. Yarımçıq qalan senarisini qızımız Şəfəqə həsr etmişdi. Mənə danışmışdı. Deyirdi ki, Şəfəqin həyatından yazıram. Sonluğu da belə bitirəcəyini istəyirdi ki, Şəfəq ağ geyimdə quş olub göylərə uçur. Simvolik bir sonluq idi. O biri senari isə hekayə idi. Ona film çəkdirmək istəyirdi. Həyatda başına gələn bir hadisə idi. Mənə hər dəfə danışanda kövrəlirdi. Bu bir fanatı ilə bağlı idi. Bu senarini Cavidan sona çatdırıb “Kiçik fanat” adlı bir film çəkdirdi. Həmin filmdə də baş rolda Cavidanın oğlu Turan Novruz çəkildi. Nizami kinoteatrında anşlaqla keçən təqdimatı da oldu”. Xoşavaz xanım bildirib ki, Ramiz Novruzun xatirə muzeyini yaradacaq: “Köhnə evimizdə öz kabinetində gözəl bir otağı onun şəxsi əşyaları ilə bəzəmişdim. Kitablarını, filmdən, tamaşalardan fotolarını, təsbehlərini, papağını, saatını, lazımlı geyimlərini orada nümayiş etdirirdim. İndi həmin əşyalar Cavidanın evindədir. Çünki biz yeni evə köçmüşük. Hətta böyük portreti var, Səlyandadır. Onu da gətizdirəcəm. Bütün bunların hamısını həmin evdə düzətdirəcəm”. Əli Əsgər, Medianews.az

Bizə qoşulun