17.06.2025, 10:41
77
baxış
Azad
ABŞ-ın tanker təyyarələri Avropa ölkələrində nə edəcək?
ABŞ havada yanacaqdoldurma həyata keçirən KC-135R və KC-46A tipli 25-30 ədəd tanker təyyarəni Avropa ölkələrinə yollayır. Ölkə mediasında onların radarlarda hərəkət trayektoriyasını əks etdirən rəsmlər yer alıb.
Medianews.az-ın məlumatına görə, məsələyə münasibət bildirən ekspertlər bunun strateji yerdəyişmə olduğunu və tanker təyyarələrin Avropa ölkələrindəki hərbi bazalarda yerləşdiriləcəyini deyirlər.
Bu da bildirilir ki, həmin təyyarələrdən Yaxın Şərqdə həyata keçirilməsi nəzərdə tutulan hərbi əməliyyatların təminatı üçün istifadə ediləcəyi istisna olunmur.
Medianews.az