12.06.2025, 08:41
157 baxış
Lamiyə
Biftek və meyvə yeyən qız meningitə YOLUXDU
Rusiyada bir qız biftek və yuyulmamış meyvə yeyib və listeria bakteriyaya yoluxaraq meningit olub.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bu bakteriyalar çirkli məhsullarda yaşayır.
Qızın xəstəliyi halsızlıq, baş ağrısı və başgicəllənmə ilə başlayıb. Daha sonra fotofobi, temperatur 39,5, hipoksiya, qusma, diqqətin itirilməsi və yerimə çətinliyi gəlib. Qız ciddi qorxuya düşüb və təcili yardım çağırıb. Xəstəxanada ona listeria bakteriyasının törətdiyi meningit diaqnozu qoyulub.
Xəstə etiraf edib ki, o, müntəzəm olaraq nadir bifteklər yeyir və həmişə meyvələri yumur.
Medianews.az
Paylaş: