Medianews.az
Müsyö Makron dünyanı dolaşmaq əvəzinə Yerevana gəlib deməlidir ki… - <span style=color:red>Erməni politoloq
95 baxış

Müsyö Makron dünyanı dolaşmaq əvəzinə Yerevana gəlib deməlidir ki… - Erməni politoloq

"Fransa bizə nə təklif edir - konsulluq? Konsulluq çox yaxşı şeydir, amma konsulluq bizi necə qoruyacaq? Bloknotla? Qələmlə?" Medianews.az xəbər verir ki, erməni politoloq Artur Xaçikyan Ermənistanın News.am saytına açıqlamasında belə deyib. O bildirib: "Şərq istiqamətində böyük Turan qurulur – Mərkəzi Asiyada. Onların arxasında Çin dayanır. Baxın, Çin Əliyevlə də razılığa gəlib. Əliyev çox ağıllı adamdır, Qərblə də anlaşacaq, onun orada lobbisi var - İsrailin ən güclü lobbisi. Azərbaycan Çində bizi sollayıb önə keçib. Biz isə İranla müəyyən görüşlər keçiririk, sonra da bu avro-nağılın qucağına hoppanırıq. İran bizə necə etibar edə bilər? Axı, bizim xarici siyasətimiz yoxdur, dövlətimiz yoxdur, bütün üstünlüklər, bütün kartlar düşmənlərimizin əlindədir, bizi yenə məhv edəcəklər. Hətta 1920-ci ildən də pis vəziyyətə düşə bilərik. Çünki 1920-ci ildə biz parçalansaq da, yanımızda heç olmasa bolşeviklər var idi. İndi isə 11-ci Qızıl Ordu da yoxdur. Müsyö Makron dünyanı dolaşmaq əvəzinə bir dəfə Yerevana gəlib deməlidir: "Biz Ermənistana öz ərazisinə zəmanət veririk. Ermənistan ərazisinə hücum olarsa, Rusiyaya qarşı etdikləri kimi, sanksiyalar tətbiq olunacaq". Bənzər bir razılaşma varmı? Baza açacaqlar? Yoxsa bizə kompüterdən istifadə etməyi öyrətmək üçün durbinli təlimatçılar gətirəcəklər? Onlardan çox konkret bir şey tələb olunur: Ermənistana hücum edilsə, Azərbaycandan neft almayacaqlarını desinlər. Onlar Ermənistanın təhlükəsizliyinə zəmanət verməklə bağlı müqavilə imzalayıb, baza açıb təhlükəsizliyimizin təminatçısı kimi çıxış etdikləri gün deyəcəm ki, hansısa addım atılıb. Amma bu halda gürcülərlə də hansısa saziş imzalamaq lazım gələcək ki, müharibə başlayanda ərazilərini bağlamasınlar, öz əraziləri ilə bizə çata bilsinlər”. Medianews.az

Bizə qoşulun