03.06.2025, 09:04
123 baxış
Lamiyə
Timsah hamilə qadını parçaladı
İndoneziyada hamilə qadın su basmış evinin mətbəxində timsah tərəfindən öldürülüb.
Medianews.az xəbər verir ki, hadisə 8 aylıq hamilə olan 28 yaşlı Münirə mətbəxində nahar hazırlayarkən baş verib.
Birdən timsah onun ayağını dişləyib. Güclü yağış nəticəsində çayın daşması nəticəsində Munirənin dayaq üzərində tikilən evi su altında qalıb. Yırtıcı bundan istifadə edərək, palçıqlı suda sakitcə ona yaxınlaşıb.
Münirənin bacısı qışqırtıları eşidib və ona kömək etməyə tələssə də, timsah qurbanı suyun altına sürükləyərək onu yeməyə çalışıb. Yarım saatdan sonra yerli sakinlər qadının qalıqlarını Mambulu çayında tapıblar. "O, müqavimət göstərə bilmədi - timsah onu mətbəxdən suyun altına sürükləyib", - yerli polis rəisi Supriadi bildirib.
Mütəxəssislər narahatedici tendensiyaya diqqət çəkirlər: keçən il İndoneziyada 179 timsah hücumu qeydə alınıb, onlardan 92-si ölümlə nəticələnib. Səbəb kimi sürünənlərin balıq ovuna görə təbii qida ehtiyatının azalması və onların yaşayış mühitinin dağıdılması olduğu bildirilir.
Duzlu su timsahları 1999-cu ildən İndoneziyada dövlət himayəsindədir və bu, onların populyasiyasına nəzarəti çətinləşdirir. Yerli sakinlər hakimiyyətdən yeni faciələrin qarşısını almaq üçün təcili tədbirlər görməyi tələb edirlər.
Medianews.az