22.05.2025, 09:41
92 baxış
Lamiyə
Bəbir ot biçən qadını PARÇALADI
Hindistanda ot biçən qadın bəbirin qurbanı olub.
Medianews.az xəbər verir ki, faciə Uttar Pradeş ştatında baş verib.
45 yaşlı Samina uşağı ilə tarlaya gedib. O, ot biçən zaman oğlan yaxınlıqda oynayırdı. Bir müddət sonra uşaq evə tək qayıdıb və anasının itkin düşdüyünü bildirib. Kənd sakinləri axtarışlara başlayıb və meyiti axşam saat səkkiz radələrində şəkər qamışı sahəsində aşkar ediblər. Qadın açıq-aşkar yırtıcı tərəfindən parçalanıb.
Hadisə yerinə gələn meşəbəyi və polis əməkdaşı yerli sakinlərin hiddəti ilə qarşılanıb və onlar əvvəlcə meyiti aidiyyəti qurumlara təhvil verməkdən imtina ediblər. Kənd sakinləri ailəyə təzminat ödənilməsini və bəbirin tutulması üçün təcili tədbirlərin görülməsini tələb ediblər. Danışıqlardan sonra meyit yarılma üçün rayon xəstəxanasına aparılıb.
Meşə qoruyucusu Abhinav Racın sözlərinə görə, bəbiri tutmaq üçün ərazidə dörd tələ və kamera quraşdırılıb və sakinlərə ehtiyatlı olmaq, təkbaşına və ya gecə vaxtı tarlalara girməmək tövsiyə olunub.
Medianews.az