12.05.2025, 10:34
76 baxış
Lamiyə
Toyuna bir neçə saat qalmış ÖLDÜ
Gəlin toyuna bir neçə saat qalmış infarkt keçirib.
Medianews.az xəbər verir ki, hadisə mayın 5-də bazar ertəsi, Hindistanın Uttar Pradeş ştatının Nupur Pinauni kəndində baş verib.
Dikşa adlı qız seçdiyi Saurabh ilə evlənməli idi. Toydan əvvəl ənənəvi haldi mərasimi başlayıb. Rəsmi hissədən sonra rəqsə start verilib.
Qız özünü pis hiss edib, tualetə gedib amma geri qayıtmayıb. Qohumlar Dikşanı hamamın döşəməsində huşsuz vəziyyətdə tapıblar. Həkimlər qıza kömək edə bilməyiblər.
Sonradan məlum olduğu kimi, Dikşa bəzi ürək xəstəliyindən əziyyət çəkirdi və bu səbəbdən Dehlidə müalicə olunurdu.
O, mərasim zamanı infarkt keçirib.
Medianews.az