07.05.2025, 10:21
158 baxış
Lamiyə
Qərbin Rusiya ilə bağlı qərarını axmaqlıq adlandırdı
“Qərbin Rusiyanı G8-dən çıxarmaq qərarı çox axmaqdır”.
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
“Əgər Rusiya “Böyük səkkizlik”in üzvü qalsaydı, mən hesab edirəm ki, bu absurd, dəhşətli müharibə indi baş verməzdi”, - dövlət başçısı vurğulayıb.
Tramp hesab edir ki, Rusiyanı yenidən G8-ə daxil etmək üçün “indi doğru vaxt deyil”. O əlavə edib ki, bu fürsət daha əvvəl əldən verilmişdi və ABŞ "bəzi insanlar tərəfindən daha bir möhtəşəm qərarı əldən verib".
Medianews.az
Paylaş: