Medianews.az
Həyat yoldaşının faciəli ölümündən danışdı: <span style=color:red>“Yıxıldı, başı yerə dəydi, onsuz çox darıxıram” - FOTO
477 baxış

Həyat yoldaşının faciəli ölümündən danışdı: “Yıxıldı, başı yerə dəydi, onsuz çox darıxıram” - FOTO

“Hazırda Mingəçevir Dövlət Dram Teatrında rejissor vəzifəsində çalışıram. Başım işə qarışıb. Bakıya nadir hallarda gəlirəm. Paytaxt teatrlarında məni lazım bilmədilər. Ona görə bölgəyə gəldim ki, burada çalışım. Məsləhət bilsəydilər məni şəhərdəki teatrlardan birinə işə götürərdilər. Amma neyləyək? İstəmədilər. Taleyimlə barışmışam. Öz işimlə məşğulam” Bu sözləri Medianews.az-a açıqlamasında xalq artisti Valeh Kərimov bildirib. Sənətkar efirlərdəki bayağılıqdan danışaraq tamaşaçıların da haqlı olduğunu bildirib: “Efirlərimizi bu gündə görmək həqiqətən də mənim ürəyimi ağrıdır. Biz axı belə deyildik. Bizim efirlərimiz də gözəl, bir-birindən maraqlı mədəniyyət verilişləri ilə zəngin olub. Zəmanə elə gətirib ki, indi bayağılıq qabarıq şəkildə özünü göstərir. Bəlkə də düzələcək, amma o günü biz görməyəcəyik. Tamaşaçını iyrəndiriblər. Demək olar ki, mən xəbərlərdən başqa heç nəyi izləmirəm”. Valeh Kərimov deyir ki, bu gün onu rejissorlar yaddan çıxarıb. “Nə yalan deyim, məni serial və filmlərə dəvət etmirlər. Səbəbini bilmirəm. Bu nə xasiyyətlə, nə də başqa bir xüsusiyyətimlə bağlı deyil. Yəqin müasir tələblərə cavab verən aktyorlardan deyiləm. Bilmirəm o tələblərə cavab verən aktyorlar necə olur? İndi gedirsən çəkilişə, rejissor deyir ki, güldür bizi. Mən bunu bacarmıram. Tamaşa oynamışam, tamaşaçı həm gülüb, həm də ağlayıb. Biz güldürmək üçün oynamırdıq ki.. Vəziyyəti, hadisəni oynamışıq” deyə sənətkar bildirib. Valeh Kərimov dünyasını dəyişən həyat yoldaşından danışaraq öz ailə həyatını gənclərə nümunə çəkib: “Artıq 10 ildir ki, həyat yoldaşım həyatda yoxdur. Bir az xəstəliyi var idi. Avtomobil sürürdü, maşından düşəndə yıxılmışdı, başı yerə dəymişdi. O qədər çətindir ki, onsuz. Çox çətindir. Tənhalıq pis bir şeydir. Onun xatirəsi hər zaman qəlbimdədir. İndi boşanmaların sayı artır. Onların ağılları yoxdur. Evlənəndə də ağılları olmayıb, ayrılanda da. Avtobusda görüşüb evləniblər, taksidə görüşüb ayrılıblar”. Əli Əsgər  Medianews.az

Bizə qoşulun