Medianews.az
Papa Fransiskin adı metro stansiyasına<span style=color:red> veriləcək
124 baxış

Papa Fransiskin adı metro stansiyasına veriləcək

Argentinanın paytaxtı Buenos-Ayresin rəhbərliyi yerli qanunvericilik məclisinə metrostansiyaya Roma Papası Fransiskin adının verilməsini təklif edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Buenos-Ayresin meri Xorxe Makri “X” hesabında paylaşım edib. “Mən Qanunvericilik Assambleyasına D xəttindəki metro stansiyasının adının Papa Fransisk adlandırılmasına dair qanun layihəsi təqdim etmişəm”, - deyə o yazıb. Sözügedən metro stansiyası Fransiskin 2013-cü ilin martında Papa seçilməzdən əvvəl xidmət etdiyi Buenos-Ayres Katedralının yanında yerləşir. Xatırladaq ki, Roma Papası Fransisk aprelin 21-də vəfat edib. O, aprelin 26-da dəfn olunacaq.

Bizə qoşulun