Şükran Dədəyev Psixoloq, psixologiya müəllimi, psixoloq-psixoterapevt
Azərbaycanda Psixoloji Yardım və Psixi (Ruhi) Sağlamlıq Sahələri ilə bağlı yaranmış problemlərin dəyərləndirilməsi və müqayisəli təhlili
Professional və maarifləndirici yazı
Uzun illərdir ki, Azərbaycanın təhsil və elm sistemində Psixoloji Yardım və Psixi (Ruhi) Sağlamlıq Sahələri və ixtisasları ilə bağlı problemlər və anlaşılmazlıqlar davam var. Bu tipli xoşagəlməz problemlər özünü təhsildə, tədrisdə, elmdə hətta, elmi dərəcələr almaq üçün təsdiq edilmiş elmi iş mövzularında da açıq şəkildə göstərir. Artıq təəccüblənmək və gülmək də kömək etmir həm də, təcrübə göstərir ki, bəzi mütəxəssislərə belə bu sahələr üzrə primitiv məlumatları və beynəlxalq standartları anlatmaq çox çətin olur, bunu nəzərə alaraq, sonuncu çıxış yolu kimi daha geniş, dəqiq və ətraflı müqayisəli təhlilləri əhatə edən professional, maarifləndirici və beynəlxalq səviyyəli araşdrıma məqaləsi yazmaq qərarı verdim. Azərbaycanda bu sahələr üzrə ən ciddi problem bəzi mütəxəssislərin və səlahiyyətli şəxslərin məlum elmlərin təsnifatı və statusları haqqında rəsmi məlumatlara və biliklərə malik olmamaları ilə bağlıdır. Məsələn, məlum olub ki, bəzi mütəxəssislər, elmi dərəcəsi və adı olan univeristet müəllimləri hətta, klinik psixologiyanı tədris edən müəllimlər elə bilirlər ki, Psixoterapiya və Psixoloji konsultasiya Klinik psixologiyanın sahələridir. Nəticədə, Klinik psixologiyadan hətta, imtina edərək onun əvəzinə psixoterapiyalarla və konsultasiya ilə “məşqul olurlar”və vaxt keçirirlər. Təsəvvür edin, XXI əsrin əvvəllərində hansı problemlərlə üz-üzə qalmışıq: ali təhsil müəssisələrində Klinik psixologiyanı tədris edən bəzi müəllimlər və bu sahəni tədqiq edənlər belə bilmirlər ki, Klinik psixologiyanın hansı əsas sahələri var, Psixoterapiya nədir, Psixoloji konsultasiya (Məsləhət psixologiyası) nədir, Psixoloji yardım və sağlamlıq sahələri hansılardır və bu sahələr arasında hansı fərqlər var. Ağlımıza belə gəlməzdi ki, XXI əsrin əvvəllərində biz Klinik psixologiyanı Psixoterapiyaya və digər sahələrə calağ etmək istəyən müasir “Gülümsərovlarla” rastlaşacağıq. Nəzərinizə çatdırıram ki, bütün dünyada, Avropada, Amerikada, Turkiyədə, Rusiyada və Azərbaycanda da Klinik Psixologiya, Psixoterapiya və Məsləhət psixologiyası (Psixoloji konsultasiya) müstəqil, tamamilə ayrı fəaliyyət göstərən tibbi-psixoloji və müalicə sahələri kimi qəbul olunur. Bu problem Elmlərin Beynəlxalq Təsnifatı ilə çoxdan tənzimlənib və indiki halda heç bir müzakirə mövzusu da ola bilməz. İnternetdə və mətbuatda hansı isə sadəlövhlərin və bu sahələr üzrə professional məlumatlara malik olmayan, amma xüsusi istəkləri olan şəxslərin və təşkilatların gülünc yanaşmalarına və fikilrlərinə inanaraq anlaşılmazlıqlar yaratmağın da dövrü keçib. Bu poblemə paralel olaraq ölkəmizdə yaranmış növbəti gülünc və qəbuledilməz problem psixoterapiyalardan elmi iş mövzusu götürərək onlardan tədqiqat problemləri kimi istifadə etməkdir. Artıq ali təhsil müəssisələrimizdə bəzi magsitr və doktorant psixoloqlar və klinik psixoloqlar elmi dərəcə almaq üçün dünyada əvəzi və misli olmayan yeni bir “fırıldaqçı tədqiqat üsulu” kəşf ediblər: sadəcə olaraq müalicə üsulu olan və elmi tədqiqi mümkün olmayan psixoterapiyaları və onların müxtəlif pozuntuların və xəstəliklərin müalicəsindəki rolunu “araşdırıb” Psixoterapiyaya aid olmayan ixtisasları üzrə diplom və elmi dərəcə almaq istəyirlər. Təsəvvür edin, psixoterapiyaların dərindən nə demək olduğunu bilməyən həttta, onarla heç vaxt məşqul olmayan və ixtisasları da Psixoterapiya olmayan magistr, doktorant psixoloqlar və klinik psixoloqlar birbaşa psixoterapiyalara aid elmi iş mövzusu götürürlər və iddia edirlər ki, guya onlar dünyada tədqiq ediləsi mümkün olmayan psixoterapiyaları araşdırır, onların müalicədə effektivliyini, yeni səmərəli yollarını və rolunu tədqiq edəcəklər hətta, yeni müalicə üsulları “kəşf edə” bilərlər. Üstəlik, ixtisaslarına uyğun olmayan amma psixoterapiyalara aid olan “elmi iş mövzusuna” aid elmi məqalələr “yazır” və onları öz ixtisaslarına uyğun “elmi məqalə” kimi təsdiq etdirirlər. Məsələn, son dövrlər daha çox rast gəlinən elmi iş mövzuları təqribən bu cür olur: Fobiya, depressiya və yaxud obsessiv-kompulsiv pozuntuların müalicəsində psixoterapiyaların səmərəli və effektiv yollarının, rollarının öyrənilməsi, tədqiqi və sairə. Təsəvvür edin, “fobiya”, “depressiya” və “obsessiv-kompulsiv” tipli pozuntular Psixoterapiyanın müalicə sahəsinə aiddir yəni, Psixoterapiyanın köməyi ilə müalicə olunurlar, “psixoterapiyalar” da Psixoterapiyanın müalicə üsullarıdır. Belə olan halda, bu tipli elmi iş mövzularının Psixologiyaya və psixoloqlara, Klinik psixologiyaya və klinik psixoloqlara nə aidiyyatı var, üstəlik, tədqiqi mümkün olmayan psixoterapiyaları və onların səmərəliliyini “araşdırıb” necə diplom və yaxud elmi dərəcə almaq olar? Onu da təsəvvür edin ki, Psixoterapiyanın yarandığı və inkişaf etdiyi Amerikada, Avropada və digər inkişaf etmiş ölkələrdə bunu hələ bacarmırlar, amma Azərbaycanın Psixoterapiya üzrə ali təhsili və qənaətbəxş səviyyələri olmayanlar üstəlik, rus və ingilis dillərini bilməyən psixoloq və klinik psixoloqları psixoterapiyaları “tədqiq” etməyə başlayıblar üstəlik, Psixoterapiya üzrə yox, öz ixtisasları üzrə diplom və elmi dərəcə də almaq istəyirlər. Görünən odur ki, təhsil və elm sistemimizdə Psixoloji yardım və Psixi Sağlamlıq Sahələri bağlı bu tipli problemlər həllini tapmaq əvəzinə getdikcə, yeniləri və daha ciddiləri yaranmağa başlayır, Şübhəsiz, bu tipli problemlərin yaranmasını əsas səbəbləri var: İlk növbədə, bu “mütəxəssislər və namizədlər” və onların elmi rəhbərləri bilimirlər ki, Klinik psixologiya, Psixoloji konsultasiya və Psixoterapiya nədir. Hətta, onlar bu sahələr haqqında primitiv fundamental və beynəlxalq biliklərə belə malik olmurlar. Paralel olaraq, onların Klinik psixologiya, Psixoterapiya, digər psixoloji yardım və müalicə sahələrinin Beynəlxalq professional fəaliyyəti, elmi Statusları və elmi Standartları haqqında məlumatları da olmur. İkinci əsas səbəb, xarici dilləri bilməməklə bağlıdır, rus, ingilis, digər dilləri bilmədən və dünyadan xəbəri olmadan Psixologiya elmlərini, Klinik psixologiya və Psixoterapiya kimi ciddi psixoloji və tibbi-psixoloji sahələri professional və qənaətbəxş səviyyədə öyrənmək, tədris etmək və bu sahələri tədqiq etmək qeyri-mümkündür. Bunun da çox ciddi səbəbləri var, ölkəmizdə Psixologiya elmləri, Klinik psixologiya və Psixoterapiya üzrə azərbaycan dilində təhsil, tədris, elmi kitablar və xüsusi tədris materialları olduqca azdır, bu sahələri sadə formada belə öyrənmək və tədris etmək üçün rus, ingilis və digər populyar dilləri bilmək lazımdır. Bu problem SABAH Qruplarında da mövcuddur. Orada da əsas problem Psixologiya üzrə ingilis bölməsi yox, yalnız azərbaycan bölməsinin açılmasıdır, artıq uzun illərdir ki, bu problem həll olunmur, deyəsən, bu sualın cavabından hələ də xəbələri yoxdur: “Azərbaycanda azərbaycan dilində psixologiya varmı ki, onun SABAH-ıda olsun!?” Ücüncüsü, təcrübə göstərir ki, bəzi mütəxəssislər elmi tədqiqatlarla məşqul olmaq istəsələrdə “elmi tədqiqat” və onun həyata keçirilməsi prosesləri haqqında sadə elmi, nəzəri və təcrübi məlumatlara malik olmurlar, digərləri isə ümumiyyətlə, bilmirlər ki, elmi tədqiqat nə deməkdir. Digər səbəb isə sırf subyektiv mahiyyət daşıyır, məsələn, bəzi klinik psixoloqların psixoterapiyalara xüsusi “məhəbbətlərinin” hiyləgər subyektiv səbəbi də var: klinik psixologiya çox mürəkkəb tibbi-psixoloji sahələrə və ixtisas istiqamətlərinə malikdir, bu sahələri öyrənmək üçün zəhmət, beynəlxalq səviyyə və xarici dilləri bilmək tələb olunur. Amma bunun əvəzində psixotetapiyaları klinik psixologiayaya daşıyaraq onlarla vaxt keçirmək daha asandır. Üstəlik, psixoterapiyalar dünyada və ölkəmizdə də tam formalaşmamış və öyrənlməmiş sahə olduğuna görə mütəxəssisləri, səlahiyyətli vəzifəli şəxsləri və sonda Ali Attestasiya Komissiyasını da aldatmaq mümkün ola bilər. Burada başqa bir ciddi səbəb isə Rusiya amili ilə bağlıdır. Məlumdur ki, müasir dövrdə də ölkəmiz və cəmiyyətimiz Rusiya cəmiyyəti, elmi və təhsili ilə inteqrasiyanı davam etdirirlər. Bu sahələr üzrə elə bizim səviyyəmizdə olan Rusiyada rəsmi dövlət səviyyəsində Psixoloji yardım və Sağlamlıq sahələri dünyada və ölkəmizdə olduğu kimi qəbul olunsa da, bəzi təxribatçı, şovinist mütəxəssislər və təşkilatlar Psixologiyanın və Psixoloji yardımın yarandığı Amerika və Avropa ölkələri ilə xüsusi rəqabət fərqliliyi yaratmaq üçün özfəaliyyətlə məşqul olurlar. Onlar mətbuatda və internetdə müxtəlif vasitələrdən istifadə edərək iddia edirlər ki, guya Psixoterapiya Klinik psixologiyanın sahəsidir, sovet dövrünün elmi-ideoloji təsiri altında olan yaşlı sovet psixiatrları isə deyirlər ki, Psixoterapiya Psixiatriyaya aid edilməlidir, dünyada hamısı yalnız artıq tarixə qovuşmuş Psixoanalizlə məşqul olmalıdır, Psixologiya üzrə baza Bakalavr təhsili olmayan bütün Tibb Universitetləri Magistratura səviyyəsində klinik psixoloqlar hazırlaya bilərlər və sairə bu kimi sayıqlamalarla çıxış edir, bu informasiyaları mətbuatda və internetdə ictimailəşdirirlər. Üstəlik, dünyada təsdiq olunmuş “Klinik psixologiya”nın adını dəyişdirərək “Tibbi psixologiya” ediblər. Halbüki, dünyada da, Rusiyada da və ölkəmizin qanunvericiliyində də rəsmən yalnız “Klinik psixologiya” adından istifadə olunur (Lütfən baxın: “Psixoloji Yardım Haqqında Azərbaycan Respublikasının Qanunu”). Çünki bu sahə dünyada “Klinik psixologiya” adı altında yaradılıb və inkişaf etdirilib. Psixologiya elmlərinə və Klinik psixologiyaya isə heç bir aidiyyatları olmayan bəzi İnstitut və özəl təşkilatlar isə (Məsələn, “Bexterev adına Sankt-Peterburq Psixiatriya və Nevrologiya İnstitutu”) bu fəaliyyətlə də kifayətlənməyərək MDB dövlətlərində və ölkəmizdə də bəzi sadəlövh və saxta mütəxəssisləri bu məlumatlarla aldadırlar və inandırırlar, rus dilini sıfır səviyyəsində bilən, Psixologiya üzrə Bakalavr baza təhsili olan və olmayan şəxslərin pullarını əllərindən alır və onlara Klinik psixologiya üzrə Magstratura səviyyəsində birbaşa diplomlar və elmi dərəcələr “verirlər” hətta, ölkəmizin daxilinə nufuz edərək onlara havadarlıq və himayədarlıq etməyə çalışırlar. Elm və Təhsil Nazirıliyi bu İnstitutların və özəl təşkilatların ölkəmizdəki diplom, elmi dərəcə vermə və digər fəaliyyətləri ilə bağlı ciddi araşdırmalar aparmalıdır. Bu tipli problemlər onsuz da təhsil və elmimizin dəbdə olan müasir problemlərdəndir. Hər il Ali Attestasiya Komissiyasından elmi dərəcələr almaq üçün geri qayıdan müdafiə edilmiş dissertasiya işlərinin yarısından çoxu ixtisaslarına uyğun olmayan səhv seçilmiş və düzgün araşdırılmamış elmi iş mövzuları, tədqiqat problemləri və standartları ilə bağlı olur. Buna baxmayaraq, yenə də bu tipli problemlərə qarşı mübarizə aparılmır və müvafiq tədbirlər görülmür. Qısası, ölkəmizdə son dövrlər Psixoloji yardım və Psixi (Ruhi) Sağlamlıq Sahələri ilə bağlı yaranmış problemlər aşağıdakı suallarda ümumiləşdirilə bilər, nə qədər ki, müvafiq cavabdeh təşkilatlarda, kafedralarda, Magistratura və Doktrantura şöbələrində, Elmi və İxitsaslaşmış Şuralarda, Ali Attestasiya Komissiyasının Ekspert Şuralarında, rəhbər işçilər və mütəxəssislər məhz, bu sualların cavablarını bilməyəcəklər, ölkəmizdə bu sahələr üzrə problemlərin sayı artmaqda davam edəcək:- Psixoloji Yardım və Psixi (Ruhi) Sağlamlıq Sahələri hansılardır?
- Psixoloji Yardım və Psixi Sağlamlıq mütəxəssisləri kimlərdir?
- Psixi Sağlamlıq Sahələrinin dünyada professional fəaliyyət və elmi statusları necədir?
- Psixi Sağlamlıq Sahələri hansı fərqli statuslara və fəaliyyət xüsusiyyətlərinə malikdirlər?
- Klinik psixologiya nədir?
- Məsləhət psixologiyası – Psixoloji konsultasiya sahəsi nədir?
- Psixoterapiya və psixoterapiyalar nədir?
- Psixoterapiyalardan elmi tədqiqatlarda istifadə etmək mümkündürmü?
- Psixoterapevtlərdən başqa daha hansı ixitsas sahibləri psixoterapiyalardan istifadə edirlər?
- Niyə ölkəmizdə bütün psixi sağlamlıq mütəxəssisləri psixoterapiyalarla məşqul olmaq istəyir?
- Azərbaycanın təhsil və əmək qanunvericiliyində hansı Psixoloji Yardım və Psixi Sağlamlıq Sahələri və ixtisasları var?
- Azərbaycanın təhsil və əmək qanunvericiliyində Psixoloji yardım və Psixi Sağlamlıq Sahələri və ixtisasları ilə bağlı müasir vəziyyət necədir?
- Azərbaycanın təhsil və əmək qanunvericiliyində məlum sahələr və ixtisaslar üzrə hansı hüquqi və aqdminstrativ işlər görülməlidir?
Müstəqil fəaliyyət göstərən Psıxı (Ruhi) Sağlamlıq Sahələrinin və Mütəxəssislərinin Beynəlxalq Təsnifatı
- Psixologiya – Psixoloq, digər psixoloq ixtisasları.
- Klinik psixologiya – klinik psixoloq, digər klinik psixologiya ixtisasları.
- Təhsil-Məktəb psixologiyası – məktəb psixoloqu və təhsildə sosial-psixoloji xidmət ixtisasları.
- Psixiatriya – Psixiatr, Psixiatrik Reabilitasiya Məsləhətçisi, digər Psixiatrik ixtisasları.
- Psixiatrik tibb (Psychiatric nurse) – Psixiatr tibb bacısı - tibbi dayə (Psixiatrik-ruhi sağlamlıq tibb bacısı praktikantı – ABŞ).
- Məsləhət psixologiyası – məsləhətçi psixoloq (Məsləhətçi psixoterapevt – ABŞ).
- Psixoterapiya – Psixoterapevt (Reablitasiya psixoterapevti – ABŞ).
- Sağlamlıq psixologiyası (Health Psychology) – Sağlamlıq psixoloqu.
- Art terapiya (Asiya terapiyası) - Art terapistlər, ifadəli və yaradıcı art terapistlər.
- Sosial iş (klinik və psixiatrik) – Sosial işçilər, klinik və psixiatrik sosial işçilər.
- Peşə terapiyası – Peşə (seçimi) terapevti (Occupational therapist - ABŞ).
- Lisenziyalı davranış analitikiləri (Licensed behavior analysts) – Davranış analitikləri - ABŞ.
- Psixiatriya – psixiatr, digər psixiatrik ixtisas sahibləri
- Psixologiya – psixoloq, digər psixoloji ixtisas sahibləri.
- Klinik psixologiya – klinik psixoloq.
- Məktəb-təhsil psixologiyası (müstəqil sahə deyil) – məktəb (təhsil) psixoloqu, TSPX ixtisası.
- Sosial iş – sosial işçilər.
Niyə ölkəmizdə bütün psixoloji yardım mütəxəssisləri psixoterapiyalarla məşqul olmaq istəyir?
Öncə onu deyim ki, bütün dünyada bütün psixoloji yardım və psixi sağlamlıq mütəxəssisləri yardım və müalicədə psixoterapiyalardan istifadə edirlər. Sadəcə olaraq, bu amil ölkəmizdə düzgün anlaşılmayıb və ciddi problemlərin yaranmasıan səbəb olub. Yəni, ölkəmizdə psixoloji müalicə, yardım və reablitasiya ilə məşqul olan bütün ixtisas sahiblərinin – psixiatrların, psixoloqların, klinik psixoloqların, məsləhətçi psixoloqların və sosial işçilərin professional yardım və müalicə fəaliyyətində psixoterapiyalardan istifadəsi amili düzgün başa düşülməyib. Mən özüm də uzun illərdir ki, psixoterapiyalarla məşqul oluram, azərbaycan, rus və ingilis dillərində beynəlxalq səviyyədə bildiyim Psixoterapiya fənnini Magistratura təhsil səviyyəsində də tədris edirəm, Magsiratura səviyyəsində tədris olunan azərbaycan və rus bölmələrinin Psixoterapiya fənni üzrə 2023-cü ildə nəşr olunmuş qrifli Fənn Proqramlarının müəllifiyəm, ingilis bölməsi üçün də Fənn Proqramı hazırdır, təqdimatımda da “Psixoloq” və “Psixologiya müəllimi” diplom ixtisas adlarından sonra “Psixoloq psixotrerapvet” təqdimat söz birləşməsi də yazılıb yəni, mən də psixoterapiyalarla məşqul olan psixoloqam, amma mənim Psixoterapiya üzrə rəsmi diplomum yoxdur, orada tək “Psixoterapevt” təqdimat sözü yazıla bilməz. Şübhəsiz, Psixoterapiya üzrə Bakalavr və Magistratura təhsil diplomu olmayan heç kəs özünü “Psixoterapevt” kimi təqdim edə bilməz. Psixoloqlar, məsləhətçi psixoloqlar və klinik psixoloqlar daha çox pasiyent və xəstələrə xidmət göstərdikləri üçün psixoterapiyalardan mütəmadi və daha tez-tez istifadə edirlər. Bu ixtisas sahibləri yalnız və yalnız yardım, konsultasiya, müalicə və reablitasiya proseslərində psixoterapiyalardan istifadə edə bilərlər. Çünki digər sahələrdə xüsusilə də, elmi tədqiqatlarda psixotrerapiyalardan istifadə etmək mümkün deyil, səbəbləri haqqında aşağıda Sizlərə ətraflı şəkildə məlumat veriləcək. “Psixoterapiyalardan mütəmadi olaraq istifadə etmək” o demək deyildir ki, yuxarıda qeyd etdiyim sahələr Psixoterapiyanı öz daxili sahəsi və istiqaməti kimi qeyd edə bilərlər. Çünki Psixoterapiya dünyada yaranandan müstəqil psixoloji yardım sahəsi və müalicə üsulu olub.Psixoterapevtlərdən başqa psixoterapiyalardan professional fəaliyyətdə istifadə edən psixoloji yardım və psixi sağlamlıq mütəxəssislərinin siyahısı
- Psixoloqlar, digər psixoloji ixtisas sahibləri.
- Klinik psixoloqlar, digər klinik-psixoloji ixtisas sahibləri.
- Psixiatrlar, digər psixiatrik ixtisas sahibləri.
- Məhkəmə (davranış) psixoloqları.
- Məsləhətçi psixoloqlar, məsləhətçi psixoterapevtlər.
- Sosial işçilər, klinik və psixiatrik sosial işçilər.
- Art terapistlər, ifadəli və yaradıcı art terapistlər.
- Məktəb psixoloqları (xüsusi və fövqəlada hallarda).
Klinik psixologiya nədir?
Psixoloqlar əhalinin ümumi sağlamlıq problemlərinin aradan qaldırılmasında iştirak edən sosial, humanitar və tibbi sahə kimi formalaşmış Psixologiyanın ixtisas sahibləridir. Artıq bütün dünyada olduğu kimi ölkəmizdə də, Psixologiya insanların rifahına və sağlamlığına xidmət edən yardım, müalicə və elm sahəsi kimi qəbul olunur və fantastik inkişaf dövrünü yaşayır. Azərbaycanda da IV qrupdan ali təhsil müəssisələrinə daxil olan bütün tələbə psixoloqlar oranı bitirdikdən sonra Psixoloji yardım və Psixi Sağlamlıq mütəxəssisi kimi fəaliyyət göstərirlər. Psixologiyanın digər inkişaf etmiş və populyar sahəsi olan Klinik psixologiya və onun mütəxəssisləri olan klinik psixoloqlar isə bütün yaş dövrlərində oaln psixi xəstələrin, bütün növ psixoloji pzuntuları və problemləri olan şəxslərin müalicəsi ilə məşqul olurlar. Yəni, Klinik psixologiya daha ciddi tibbi-psixoloji yardım və müalicə ilə məşqul olan psixologiya sahəsidir. Klinik (tibbi) psixologiya dünyanın hər yerində qəbul olunmuş və fəaliyyətinə icazə verilmiş Psixologiyanın yeganə rəsmi və sırf tibbi-psixoloji müalicə sahəsidir. Klinik psixoloqlar psixoloqlar kimi dərman pereparatlardan istifadə etmədən psixi yardımı və müalicəni həyata keçirirlər. Amma bəzi ölkələrdə dərman pereperatlarından istifadə etmək üçün klinik psixoloqlar xüsusi ciddi təlimlər keçərək sertifikat qazana bilirlər, bu o qədər də ciddi qəbul olunmur. Klinik psixologiya müəyyən tibb-psixoloji tarixə malikdir, amma tam formalaşması və inkişafı XX əsrin ikinci yarısına və XXI əsrin əvvəlinə təsadüf edir. Klinik psixologiyanın tərifləri: Tərif 1. Klinik psixologiya ümumi psixoloji, zehni, funksional və emosional pozuntularını və xəstəliklərini araşdıran və müalicə edən psixologiya sahəsidir. Tərif 2. Klinik psixologiya psixoloji xəstəliklərin və psixoloji problemlərin tibbi-psixoloji dəyərləndirilməsini, klniki diaqnostikasını və müalicəsini həyata keçirən Psixologiyanın elmi tibbi-psixoloji sahəsidir Klinik psixologiya “tibbi çarpayı, laborator və stasionar şərait” mənalarını verən “clinic - klinik” sözü və “psixologiya” söz birləşmələrindən ibarətdir. Klinik psixologiya ixtisasları dünyanın ixtisas reytinqlərində hüquq və tibb ixtisaslrı ilə eyni statusa malikdirlər, son dövrlərdə isə bəzi ölkələrdə klinik psixologiya və digər psixologiya ixtisasları (məsələn, hüquq-məhkəmə psixoloqları, məktəb psixoloqları və davranış psixoloqları) hüquq və tibb ixtisaslarını artıq geridə qoyublar. Nəzərinizə çatdırıram ki, klinik psixologiya həm tibbi-psixoloji müalicə sahəsi həm də, Elmi tədqiqat sahəsidir, onun elmi tədqiqat meotdları, elmi tədqiqatlar üçün araşdırılan geniş tədqiqat predmetli problemləri, standartları, əsas sahələri və ixtisas istiqamətləri var. Klinik psixologiya geniş ixtisas sahələrinə və bu ixtisas istiqamətlərinə malikdir: patopsixoloq, neyropsixoloq, psixosomatik, psixometriya və psixoloji testləşmə üzrə mütəxəssis, uşaq klinik psixoloqu, məhkəmə psixoloqu. Onu da nəzərinizə çatdırıram ki, dünyada Klinik psixologiyanın tibbi-psixoloji müalicə funksiyası ikinci planda qalır, Klinik psixologiya təhsil, səhiyyə və elmi tədqiqat müəssisələrində əsasən “Klinik-psixoloji qiymətləndirmə, diaqnostika və hesabatlar”ın hazırlanması, “Psixometriya və Psixoloji testləşmə” ilə daha ciddi şəkildə məşqul olur, bu sahələr həm də, Klinik psixologiyanın ən ciddi təcrübi, elmi tədqiqat sahələri, problemləri və standartları sayılır. Klinik psixologiyanın əsas müasir elmi tədqiqat metodları: klinik-psixoloji diaqnostik metodlar, sorğular, psixometrik testlər, psixotestlər, hadisələrin öyrənmə metodları (Case studies), məzmun təhlili metodları, eksperimental tədqiqat metodları, korrelyasiya tədqiqat metodları, meta-analiz, kvazi – eksperiment (Quasi - experiment), təbii və struktur müşahidə metodları. Azərbaycanda və dünyada Klinik psixologiyanın əsasən aşağıdakı sahələri ayırd edilir, bu sahələr həm də, Klinik psixologiyanın təcrübi və nəzəri sahələri, elmi tədqiqat və klinik-psixoloji müalicə əsaslarıdır, həm də, ixtisas istiqamətləridir, bəzi ölkələrdə fərqli olsa da, onların hamısını qeyd edərək aşağıdakı kimi ümumiləşdirmək olar.- Klinik-psixoloji qiymətləndirmə, diaqnostika və hesabat (Clinical Psychological Assessment, Diagnosis or Report).
- Patopsixologiya
- Psixometriya və Psixoloji testləşmə (Psychometrics and Psychological Testing).
- Neyropsixologiya.
- Uşaq klinik psixologiyası - anormal uşaqların psixologiyası.
- Somatik xəstələrin psixologiyası. Psixosomatika – psixosomatik xəstəliklər.
- Məhkəmə psixologiyası.
Dünyada Klinik psixologiyanın rəsmi Professional və Elmi statusu
Akademik Təhsil Səviyyələri – Bakalavr, Magistratura və Doktrantura (Phd – Fəlsəfə doktorluğu). Bakalavr baza təhsili üçün tələb olunan tədris ili – 4 il, bəzi ölkələrdə 6 il. Dövlətlərin “Milli Sağlamlıq Xidmət” Siyahılarında və Tibbi Sığortada (“National Health Service” – MHS, Amerikada: “National Health Service Corpus” - NHSC) – var, həmişə olub. Təbii tibbi-psixoloji müalicə xüsusiyyətləri – beynəlxalq səviyyədə tam təsdiqlənib. Əsas sahələri – var (məsələn, kliniki diaqnostika, neyropsixologiya, patopsixologiya və sairə). İxtisaslaşma – var (məsələn, patapsixoloq, neyropsixoloq, psixosomatik və sairə). Milli Sağlamlıq Xidməti əsaslı təlimləri – var. Müalicədə istifadə etdiyi üsullar – 1 və daha çox. Xüsusi təhsil və tədris proqramları – var. Elmi tədqiqat (Research) – var. Elmi tədqiqat metodları (Research Methods) – var, yuxarıda qeyd olunub. Elmi tədqiqat standartları – var. Fəlsəfə doktorluğu (Phd) – var. Elmlər doktorluğu – yoxdur. Yaş dövrləri üzrə xidmət – bütün yaş dövrləri (Lifespan Service). Dünyanın demək olar ki, Psixologiya elmləri üzrə akademik baza təhsil olan bütün ali məktəblərində Klinik psixologiya üzrə Bakalavr, Magistratura və Fəlsəfə doktorluğu təhsil səviyyələri var. Azərbaycanda “Klinik psixologiya” və “klinik psixoloq” ixtisas istiqaməti yuxarıda qeyd olunan professional statuslar üzrə, dövlət təhsil və əmək qanunvericiliyində müəyyən parametrlər üzrə mövcuddur. Ölkəmizdə Klinik psixologiyanın yuxarıda qeyd olunan digər ixtisas istiqamətləri və ixtisaslaşma yoxdur, yalnız “klinik psixoloq” adlı ümumi bir ixtisas istiqaməti var. Azərbaycanda Klinik psixologiya üzrə Bakalavr akademik təhsili olmasada da, artıq çoxdandır ki, bəzi ali təhsil müəssisələrində Klinik psixologiya üzrə Magistratura təhsil səviyyəsi açılmışdır. Mən də bu tədris sisteminin daxilindəyəm, artıq uzun illərdir ki, azərbaycan, rus və ingilis dillərində bildiyim Klinik psixologiyanın Magistratura səviyyəsində təhsil alan magistrlərinə seçmə və ixtisas fənnlərini tədris edirəm. Artıq ali təhsil müəssisələrimizdə (məsələn, BDU-nun Psixologiya kafedrasında) Klinik psixologiya üzrə Fəlsəfə doktorluğu təhsil səviyyəsinə də start verilmişdir. Azərbaycanda Klinik psixologiya üzrə Magistratura təhsil səviyyəsində ən təcrübəli tədris və kadr potensialı Bakı Dövlət Universitetində, ən perspektivli, nəzəri və təcrübi İşçi Tədris Planı və fənnləri isə Qərbi Kaspi Universitetindədir. Müasir Klinik psixologiya öz professional fəaliyyət funksiyalarına görə dünyada inkişaf edən yeni psixologiya sahəsinə - Sağlamlıq psixologiyasına (Health Psychology) daha yaxındır. Sağlamlıq psixologiyası psixologiyadan istifadə edərək bioloji, sosial və psixoloji amillərin sağlamlığa, xəstəliklərə necə təsir etdiyini və xəstəliklərin qarşısını almaq yollarını öyrənir və araşdırır.Psixoterapiya nədir?
Müasir dünyada sürətlə inkişaf edən və xüsusi tələbat duyulan Psixoterapiya həm də, fantastik sayda təriflərə malikidir. Rəsmi məlumatlara görə, dünyada Psixoterapiyanın 400 - ə yaxın tərifi var. Şübhəsiz, bizi Psixoterapiyanın təhsil və tədrisdə istifadə olunan və beynəlxalq səviyyədə qəbul olunan əsas tərifləri maraqlandırır. Aşağıda Psixoterapiyanın dərsliklərdə önə çəkilən və qeyd olunan 3 əsas beynəlxalq tərifi yazılıb. Psixoterapiyanın əsas tərifləri: Tərif 1: Psixoterapiya xüsusi psixoloji üsullar və psixoterapiyalar (psixoterapevtik metodlar) vasitəsilə həyata keçirilən psixoloji müalicədir və müalicə üsuludur. Tərif 2: Psixoterapiya şifahi ünsiyyət, qarşılılqlı əlaqələr və təsirlər vasitəsilə müalicəni və yardımı həyata keçirən müstəqil psixoloji müalicə sahəsidir. Tərif 3: Psixoterapiya insanların emosional və davranış problemlərini həll etmək, onların psixi sağlamlığını yaxşılaşdırmaq və qorumaq məqsədi daşıyan müalicə üsuludur. Psixoterapiya ruhu (psycho, psyche – ruh) müalicə (therapeia - terapiya) etmək mənasını verir. Psixoterapiya qədim tarixə malikdir, amma tam formalaşması və inkişafı XX əsrin ikinci yarısına və XXI əsrin əvvəlinə təsadüf edir. Psixoterapiyada yardım, müalicə və reablitasiyada əsasən dərman pereparatlardan istifadə olunmur. Bu baxımdan, Psixoterapiyanın yaranması və psixoterapevtik metodlardan istfadə olunması məhz, dərman pereparatlarından istifadə etməyən psixoloqların, klinik psixoloqların və məslhətçi psixoloqların işinə yaradı və onların professional fəaliyyətlərinin genişlənməsinə müsbət təsir etdi. Amma psixoterapiyalarla məşqul olan psixiatrlar xüsusi fovqəlada hallarda və bəzi psixoterapevtik metodların tətbiqində dərman pereperatlarından istifadə edə bilirlər. Psixoterapiya yalnız “Psixoterapiyalar”dan ibarətdir. Psixoterapiyanın 3 əsas Psixoterapiya istiqaməti var, yalnız bu Psixoterapiyalar ənənəvi təbii tibbi-psixoloji müalicə üsulları kimi dünyada təsdiq edilmişdir və az sayda dövlətlərin Tibbi Sığorta zərfinə də daxil edilib.- Psixodinamik psixoterapiya (Psixoanalizin əsasında yaradılıb və tam təkmilləşdirilib).
- Ekzistensial-humanistik psixoterapiya.
- Koqnitiv-bihevioral terapiya (CBT).
Dünyada Psixoterapiyanın rəsmi Professional statusu (Elmi statusu yoxdur)
Akademik Təhsil Səviyyələri – Bakalavr və Magistratura (olduqca az sayda inkişaf etmiş ölkələrdə). Təbii tibbi-psixoloji müalicə xüsusiyyətləri – beynəlxalq səviyyədə tam təsdiqlənməyib. Dövlətlərin “Milli Sağlamlıq Xidmət” Siyahılarında və Tibbi Sığortada (“National Health Service” – MHS, Amerikada: “National Health Service Corpus” - NHSC) – var: olduqca az sayda inkişaf etmiş ölkələrdə yalnız Psixoterapiyanın 3 əsas sahəsi - Psixodinamik (psixoanalitik) psixoterapiya, Ekzistensial-humanistik psixoterapiya və Koqnitiv-bihevioral terapiya (CBT). Milli Sağlamlıq Xidməti əsaslı təlimləri – var, olduqca az sayda inkişaf etmiş ölkələrdə. Əsas sahələri – yoxdur, 3 əsas müalicə istiqaməti var. İxtisaslaşma – yoxdur. Müalicədə istifadə etdiyi üsullar – 1 (psixoterapevtik üsullar) Xüsusi təhsil və tədris proqramları – yoxdur. Elmi tədqiqat (Research) – yoxdur. Elmi tədqiqat metodları (Research Methods), predmeti və problemləri – yoxdur Elmi tədqiqat standartları – yoxdur. Fəlsəfə doktorluğu (Phd) – yoxdur. Elmlər doktorluğu – yoxdur. Yaş dövrləri üzrə xidmət – uşaqlar və böyüklər. Dünyanın inkişaf etmiş ölkələrin əksər ali məktəblərində və ali məktəblər üzrə ən yüksək reytinq pillələrində qərarlaşmış Universitetlərin (məsələn, Harvard, Yale, Kembric, Oksford və sairə) heç birində Psixoterapiya üzrə heç bir təhsil səviyyəsi yoxdur. Dünyanın əksər ölkələrində Psixoterapiya müalicə sahəsi rəsmən yox səviyyəsindədir. Azərbaycanda da “Psixoterapiya” sahəsi və “psixoterapevt” ixtisas istiqaməti yuxarıda qeyd olunan professional statuslar üzrə, dövlət təhsil və əmək qanunvericiliyində yox səviyyəsindədir. Artıq yuxardıa qeyd olunduğu kimi, yalnız ali təhsil müəssisələrinin Bakalavr və Magistratura səviyyələrində Psixologiya üzrə təhsil alan tələblələrə və magistrlərə Psixoterapiyaya aid bir seçmə fənn tədris olunur. Dünyada Psixoterapiya və Məsləhət psixologiyası (Psixoloji konsultasiya) bir-birilərinə daha yaxın sahələr sayılır. Buna görə də, son dövrlər bu sahələr üzrə kitablar yazarkən hər iki sahəni əhatə edən “Məsləhət psixologiyası və Psixoterapiya” - “Counselling and Psychotherapy or Psychotehrapy and Counselling” və yaxud “Məsləhət və Psixoterapiyalar” – “Counselling and Psychotherapies” tipli inteqrasiyalı adlardan istifadə olunur.Məsləhət psixologiyası (Psixoloji konsultasiya) nədir?
Öncə onu qeyd edim ki, konsultsiya bütün elmi, ictimai, sosial, mədəni və siyasi sahələri əhatə etdiyinə görə “Psixoloji konsultasiya” söz birləşmələrindən də istifadə olunur. Amma bütün dünyada konsultasiya sözü deyəndə ən çox məhz, psixoloji yardım və müalicə ilə bağlı həyata keçirilən professional terapiya və məsləhət prosesləri yada düşür və daha çox bu cür qəbul olunur. Bu da, psixoloji konsultasiyanın daha çox istifadə olunması, sosial və publika baxımdan daha populyar olması ilə əlaqədardır. Psixoloji konsultasiyanı akademik ali təhsilə və bu sahə üzrə peşəkar bilik-bacarıqlara malik psixoloqlar, psixoterapevtlər və psixologiya sahələri üzrə digər ixtisas sahibləri həyata keçirə bilirlər. Bu işlə daha aktiv və daimi məşqul olan mütəxəssislərə “konsultant (məsləhətçi psixoloq)” və yaxud “konsultant psixoloq - councelling psychologist” deyilir. Dünyada psixologiyanın, psixoloji yardımın və psixoterapiyanın inkişaf etdiyi ölkələrdə psixoloji konsultasiya psixoloji yardım üzrə ayrı bir “Məsləhət psixologiyası” (Counceling Psychology) adlı müstəqil sahə və “Məsləhətçi psixoloq” (Councelling psychologist) adlı ixtisas istiqaməti var. Məsləhət psixologiyası (Psixoloji konsultasiya) Klinik psixologiya kimi Psixologiyanın sahəsidir. Məsləhət psixologiyası (Psixoloji konsultasiya) psixoloji yardım yaranandan mövcud olub yəni, onun tarixi psixoloji yardım və psixoterapiyanın tarixinə paralel olaraq yaranıb, amma müstəqil sahə kimi formalaşması və inkişafı XX əsrin ikinci yarısına və XXI əsrin əvvəlinə təsadüf edir. Məsləhət psixologiyası (Counceling Psychology) da psixologiyanın bir məsləhət, müalicə və reablitasiyanı həyata keçirən rəsmi sahəsi kimi dünyada yüksəliş dövrünü yaşayır. Bu sahə üzrə də hər il dünyada saysız şəkildə elmi tədbirlər, elmi yığıncaqlar, konfranslar keçirilir, elmi və müalicəvi kitablar nəşr olunur, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və yerli Psixi Sağlamlıq Təşkilatlarının vasitəçiliyi ilə çoxlu sayda rəsmi və humanitar psixoloji sağlamlıq layihələri həyata keçirilir. Məsləhət psixologiyası insanların bütün sosial, ailəvi, ictimai və mənəvi fəaliyyətləri ilə bağlı olan problemlərin və narahtlıqların aradan qaldırılmasını və bu problemlərə qarşı fərdi mübarizəni özündə birləşdirir. Bu baxımdan, psixoloji konsultasiya tibbi-psixoloji, psixoterapevtik profilaktikanın və maarifləndirmənin həyata keçirilməsində mühüm rola malik psixoloji yardım sahəsidir. Məsləhət psixoloqları da dərman pereparatlardan istifadə etmədən psixi yardımı və müalicəni həyata keçirirlər. Bu baxımdan, psixoterapiyalardan da mütəmadi istifadə edirlər. Məsləhət psixologiyası dünyada tam oturuşmuş və geniş inkişaf etmiş sahə deyil. Elə ona görə də, hələlik dünyanın az sayda inkişaf etmiş ölkələrində Məsləhət psixologiyası üzrə yalnız Bakalavr təhsili var. Məsləhət psixologiyasının aşağıdakı əsas fəaliyyət sahələri ayırd edilir:- Psixoloji pozuntuları və problemləri həll etmək üçün konsultasiya
- Karyera və iş konsultasiyası
- Ailə və məişət problemlərini əhatə edən konsultasiya
- Reabilitasiya və profilaktik konsultasiya
- Yaşam konsultasiyaları.
- İnkişafetdirici konsultasiyalar.
- Məktəblilərlə psixoloji və psixoterapevtik konsultasiya.
Dünyada Məsləhət Psixologiyasının (Psixoloji konsultasiyanın) rəsmi Professional statusu (Elmi statusu yoxdur)
Akademik Təhsil Səviyyələri – Bakalavr (olduqca az sayda inkişaf etmiş ölkələrdə). Təbii tibbi-psixoloji müalicə xüsusiyyətləri – beynəlxalq səviyyədə tam təsdiqlənməyib. Dövlətlərin “Milli Sağlamlıq Xidmət” Siyahılarında və Tibbi Sığortada (“National Health Service” – MHS, Amerikada: “National Health Service Corpus” - NHSC) – yoxdur. Milli Sağlamlıq Xidməti (NHS) əsaslı təlimləri – yoxdur. İxtisaslaşma – yoxdur, amma ABŞ-da yeni “məsləhətçi psixoterapevt” ixitsası yaranır. Müalicədə istifadə etdiyi üsullar – 1 (məsləhət üsulları, psixoterapiyalardan da istifadə olunur). Xüsusi təhsil və tədris proqramları – yoxdur. Elmi tədqiqat (Research) – yoxdur. Elmi tədqiqat metodları (Research Methods), predmeti və problemləri – yoxdur. Elmi tədqiqat standartları – yoxdur. Fəlsəfə doktorluğu (Phd) – yoxdur. Elmlər doktorluğu – yoxdur. Yaş dövrləri üzrə xidmət – uşaqlar və böyüklər. Dünyanın inkişaf etmiş ölkələrinin əksər ali məktəblərində və ali məktəblər üzrə ən yüksək reytinq pillələrində qərarlaşmış Universitetlərin (məsələn, Harvard, Yale, Kembric, Oksford və sairə) heç birində Məsləhət psixologiyası heç bir təhsil səviyyəsi yoxdur. Azərbaycanda “Məsləhət psixologiyası” və “məsləhət psixoloqu” ixtisas istiqaməti yuxarıda qeyd olunan professional statuslar üzrə, dövlət təhsil və əmək qanunvericiliyində yox səviyyəsindədir. Ali təhsil müəssisələrinin Bakalavr və Magistratura səviyyələrində Psixologiya üzrə təhsil alan tələblələrə və magistrlərə Məsləhət psixologiyası üzrə heç bir Seçmə fənn tədris olunmur.“Sosial işçi”lər psixoterapiyalardan istifadə edə bilərlərmi?
Ölkəmizdə son illər yaranan mübahiəsli problemlərdən biri də Sosial işçilərin psixoterapiyalardan istifadə etmə imkanları ilə bağlıdır. Dünyada “Sosial iş” ixtisası inkişaf edən müasir ixtisaslardan biridir. Yuxarıda da qeyd olunduğu kimi, dünyada Sosial işçilər psixoterapiyalardan istifadə edən ixtisas istiqamətlərinin siyahısındadırlar. Amma burada bir problem var, Azərbaycanda sosial iş ixtisas sahəsinin əmək qanunvericiliyində, təhsildə və tədrisdə statusunda müəyyən fərqlər mövcuddur, ölkəmizdə sosial içşilərin professional fəaliyyəti və ixtisas funksiyaları daha çox “Əmək və Əhalinin Sosial Müdafiəsi” Nazilriyinin rəsmi fəaliyyət funksiyalarına uyğunlaşdırılıb. Düzdür, orada da əhalinin sosial problemlərinin həllinə yönələn profilaktik və reablitasiya proseslərinə xüsusi diqqət yetirilir. Amma fakt odur ki, dünyada Sosial işçilər artıq əhalinin və vətəndaşların sosial, sosial-psixoloji və mənəvi problemlərinə dəstək verən və xidmət gösətərən Psixi (Ruhi) Sağlamlıq Mütəxəssisi kimi daha aktiv fəaliyyət göstərirlər. Dünyada Sosial işçilər bütün sahələrdə cəmiyyətin, ailələrin, icmaların və vətəndaşların sosial problemlərinin və sosial-psixoloji müşküllərinin həllində iştirak edirlər. Onlar sosial, sosial-psixoloji yardımda, sosial dəyərləndirmə və sorğularda, sosial-psixoloji diaqnostikada və sosial reablitasiya proseslərində işitrak edən ixtisas sahibləridir. Ona görə də, artıq Sosial iş ixtisası və sahəsi Psixi (Ruhi) Sağlamlıq İxtisas sahələrinin siyahısına salınıb. Üstəlik, Sosial iş sahəsi özü də geniş sahələrə və ixtisas istiqamətlərinə malikdir. Onun ən inkişaf etmiş və dəbdə olan ixtisas istiqamətlərindən biri də tibbi sosial xidmət yönümlülüyünü də özündə birləşdirən “Klinik (tibbi) sosial iş” (Clinical Social Work) ixtisasıdır, məhz, klinik sosial işçilər daha çox psixoterapiyalardan istifadə edirlər. Bundan əlavə, bu ixtisas istiqaməti daxilində daha tibbi yönümlü digər bir “Psixiatrik sosial iş” (Psychiatric Social Work) adlı sosial iş istiqaməti də var. Sosial işçilər də yalnız və yalnız sosial xidmətdə, yardımda və sosial reablitasiyalarda psixoterapiyalardan istfadə edə bilərlər, elmi tədqiqatda bu mümkün deyil.Artıq tarixə qovuşmağa başlayan Hipnoz və Hipnoterapiya nədir?
Ölkəmizdə mübahisəli və anlaşılmaz problemlərdən biri də Hipnoz və Hipnoterapiya ilə bağlıdır. Nəzərinizə çatdırıram ki, hipnoz və təlqin Psixologiyanın və Psixoterapiyanın tarixi klassik problemləridir. Çox qədim tarixə malik hipnoz və təlqin orta əsrlərdə daha da inkişaf etməyə başladı və XIX əsrdə Psixologiya elminin yaranmasında mühüm rol oynayıb. O dövrdə psixoloqlar hipnozdan psixoloji yardımda və müalicədə istifadə etməyə çalışırdılar. Buna görə də, Psixologiyanın və Psixoterapiyanın tarixi öyrənilərkən hipnoz və təlqin problemi haqqında məlumatlar da verilir. Artıq XX əsrdə hipnozdan psixoloji yardımda istifadə üsulları Hipnoterapiyada cəmləşdi. Hipnoterapiya isə həmişə Psixoterapiyanın qeyri-professional və alternativ müalicə istiqaməti olub. Zaman keçdikcə hipnoz və hipnoterapiya tarixdə öz təbii tibbi-psixoloji müalicəvi xüsusiyyətlərini və səviyyəsini subuta yetirə bilmədi, gündəmdə olmağı bacarsada ənənəvi tibbi yardım metoduna çevrilmədi, yeni etik-əxlaqi problemlərin və təhlükəsizlik problemlərinin yaranmasına səbəb oldu və şou xarakteri aldı və tamamilə alternativ tibbi-müalicə üsuluna çevrildi. Artıq hipnoz və hipnoterapiya ilə qeyri-ciddi mütəxəssislər məşqul olurlar. Sovet İttifaqı dağılanda Hipnoz sovet ideologiyasına və sovet xalqına qarşı siyasi şou rıçağı kimi istifadə olunub. Sonralar məlum oldu ki, Amerikada və Avropa ölkələrində çoxdan hipnoz və hipnoterapiya mətbuatda və televiziyalarda elə içtimai şouya və bəzi şəxləsrin hobbisinə çevrilibmiş. Müasir Psixoterapiyada da hipnoz və hipnoterapiya qeyri-ənənəvi və alternativ müalicə üsulu kimi qəbul olunur və sıradan çıxaraq tarixə qovuşmaq üzrədir. Vaxtilə hipnoza xüsusi diqqət ayıran klassik Psixoanaliz və onun əsasında yaradılan müasir Psixodinamik psixoterapiya belə ondan imtina edib. Dünyada Psixoterapiya dərsliklərinə də hipnoterapiya haqqında mövzular salınmır. Çünki dünya ölkələrində hipnoterapiya dövlətlərin Milli Sağlamlıq Xidmət (NHS) siyahılarında və Tibbi Sığortada heç vaxt olmayıb, qeyri-ənənəvi və alternativ tibbi xidmət kimi qəbul olunub. Hamının bildiyi adi “Rəsmi ensiklopedik məlumat”da belə deyilir ki, Amerikanın Milli Səhiyyə Xidməti Korpusu (National Health Service Corpus - NHSC), İngiltərənin Milli Sağlamlıq Xidməti (National Health Service - MHS) və digər inkişaf etmiş ölkələrin və ölkəmizin də milli sağlamlıq xidmətləri və təşkilatları hipnoterapiyanın təbii müalicə xüsusiyyətlərinin öz təsdiqini tapmaması və etik qaydalara uyğun olmaması üçün onu tibbi xidmət kimi yox, alternativ tibbi xidmət – terapiya (Alternative medicine) kimi qəbul etmişlər. Əlavə orijinal beynəlxalq ensiklopedik məlumat: https://en.wikipedia.org/wiki/Hypnosis Hypnotherapy is viewed as a helpful adjunct by proponents, having additive effects when treating psychological disorders, such as these, along with scientifically proven cognitive therapies. The effectiveness of hypnotherapy has not yet been accurately assessed, [65] and, due to the lack of evidence indicating any level of efficiency, [66] it is regarded as a type of alternative medicine by numerous reputable medical organisations, such as the National Health Service. [67][68]. Bu o deməkdir ki, dövlət səhiyyə müəssisələrində hipnoz və hipnoterapiya rəsmən qadağan edilib, elə ölkəmizdə də bu belədir. Müasir dünyada isə Hipnoterapiya Parapsixologiya, Cadugərlik və Ekstrasenslik kimi qeyri-professional və qeyri-ənənəvi alternativ terapiya sahəsi kimi qəbul olunur. Bu, həm də, o deməkdir ki, Dövlət Ali təhsil müəssisələrində də hipnoz və hipnoteraöpiya ilə məşqul olmaq ciddi qəbul ounmur, bəzi ölkələrdə isə qadağan olunub. Dünyanın da heç bir ölkəsində Dövlət ali təhsil müəssisələrində hipnoterapiya tədris, tədqiq olunmur və orada işləyən müəllimlər hipnoterapiya ilə məşqul olmurlar. Üstəlik, müasir dövrdə hipnoterapiya təhlükəsizlik, cinsi təcavüz və mentalitet baxımından da, qeyri-etik terapiya kimi qəbul olunur. Müasir xəstəliklərin sayının və mənfi fəsadlarının artması sadəcə olaraq, bayılmanın və süni yuxunun yaranmasına səbəb olan hipnozu və hipnoterapiyanı həm də, tibbi və psixoloji müdaxilə təhlükəsinə çevirib. Bəzi psixi və cismani xəstələrə, xroniki, qan-damar xəstəliklərindən əziyyət çəkənlərə, açıq ürək əməliyyatı keçirmiş şəxslərə və ürək çatışmazlığı diaqnozu qoyulmuş xəstələrə (ürəyin dayanma təhlükəsi olduğuna görə) hipnoz və hipnoterapiya tətbiq oluna bilməz və bu tipli terapiya qəti qadağandır. Əksər hallarda isə hipnoz hobbiyə və pis vərdişə çevrilir və nəticədə, ona davamlı meyl və tələbat yaranır. 2019-cü ildə mən də Psixologiya Elmi-Tədqiqat İnstitutunda bu cür pasiyenti qəbul etmişəm. Pasiyent məndən hipnoz xidməti istədi, cavab verdim ki, “mən hipnozla məşqul olmuram üstəlik, çox yorulmuşam evə getməliyəm”, “Reseption”la əlaqə saxladım, dedilər ki, Psixologiya Elmi-Tədqiqat İnstitutunda hipnozla heç kəs məşqul olmur və bu cür xidmət göstərilmir. Təsəvvür edin, ortada qalmış pasiyent özü öz problemini həll etməyə başladı və dedi: “narahatçılığa əsas yoxdur, mən artıq hipnoza meyilliyəm, sadəcə olaraq kresloda yarıuzanmış halda mənə bir neçə cümlə, nələrsə deyin, mən rahat hipnoz halına düşəcəyəm və sonra da durub gedəcəyəm”. Elə belə də oldu, təqribən 30 dəqiqədən sonra əlimlə onu oyatdım və mənə minnətdarlıq edərək çıxıb getdi. Qeyd olunanlara baxmayaraq, bəzi ali təhsil müəssələrimizin müəllimləri Bakalavr hətta, Magistratura səviyyəsində birbaşa auditoriyada hipnozla məşqul olurlar, tələbə və magistləri “xüsusi yollarla” hipnoz halına “salırlar”, sonra da bu gülünc şounu videoçarx formasında sosial şəbəkələrdə paylaşırlar. Birincisi, artıq heç kəsə lazım olmayan qeyri-professional hipnoterapiya tələbə və magistrlərin nəyinə lazımdır, ikincisi heç düşünmürlər ki, bu “psixterapevtik şou” faciəyə çevrilə bilər, tələbə və magistrlər arasında da hipnoza qarşı ciddi və mənfi fəsadlı daşıyıcı xəstəlik əlamətləri ola bilər. Üstəlik, bu qeyri-professional və qeyri-pedaqoji davranış heç kəsi də narahat etmir. Artıq dünyada və ölkəmizdə də heç bir ciddi psixoloq və klinik psixoloq hipnoz və hipnoterapiya ilə məşqul olmur, Psixoloji yardım və xidmət mərkəzlərində hipnoterapiya xidməti göstərilmir. Bəzi psixoloqlar isə hipnoz və hipnoterapiya ilə maraqlı vaxt keçirmək üçün hobbi kimi məşqul olurlar. Müasir dövrdə klinik psixoloqların hipnoterapiya ilə məşqul olması isə yalnız gülüş doğura bilər. Burada bir ciddi problem isə Psixoterapiyanın tədris materialları ilə bağlıdır. Azərbaycan dilində Psixoterapiyanın tədrisində ədəbiyyat olmadığı üçün yalnız azərbaycan bölməsində olan tədris və fənn proqramına hipnoza və hipnoterapiyaya aid mövzu salınır. Problemin kökü isə azərbaycan dilində olan “Tibbi psixologiya və Psixoterapiyanın əsasları” adlı yeganə dərslik kitabında “Psixoterapiyanın əsasları” adlı hissəsində mövzuların yarısının qeyri-professional psixoterapiya üsulu olan hipnoza və hipnoterapiyaya aid olması ilə əlaqədardır. Azərbaycan bölməsində dərslik problemi olduğu üçün bu kitabdan istifadə etmək məcburiyyəti yaranır.Niyə Psixoterapiyalardan elmi tədqiqat problemi, predmeti və standartı kimi istifadə etmək mümkün deyil?
Məlumatsızlıq və savadsızlığın yaratdığı ən gülünc problemlərdən biri
Artıq yuxarıda qeyd olunan rəsmi məlumatlara və Psixoterapiyanın beynəlxalq professioanl fəaliyyət statusuna görə psixoterapiyalardan bütün növ elmi tədqiqatlarda araşdırma problemi, predmeti və standartı kimi istifadə etmək mümkün deyil. Psixoterapiyalardan yalnız və yalnız yardımda, konsultasiyada və müalicədə istifadə oluna bilər. Səbəblər çox sadədir: birincisi, Psixoterapiyalar müalicə üsulu kimi təbii-psixoloji müalicə xüsusiyyətləri, müxətlif psixoloji pozuntuların və xəstəliklərin müalicəsində səmərəliliyi təsdiq olunmuş (əsas 3 psixoterapiya istiqaməti nəzərdə tutulur) terapiya metodları və üsullarıdır. İkincisi, yenidən psixoterapiyaların istifadə üstünlüklərini, səmərəliliyini və rolunu təsdiqləmək, tədqiq etmək sadəcə olaraq mümkün deyil və yaxud bunlar kimə və nəyə lazımdır? Burada sualdan yeni bir sual da yaranır: görəsən müalicə üsulu necə və hansı üsullarla tədqiq oluna bilir!? Ücüncüsü, müalicə üsulu kimi psixoterapiyalardan psixoloji yardımda və müalicədə səmərəli, effektiv və yaradıcı formalarda istifadə etmək vacibdir və bu mütəxəssislərin səviyyə göstəricisi kimi dəyərləndirilir. Hər bir psixoloqun, klinik psixoloqun və yaxud psixoterapevtin müalicə üsullarından effektiv, yaradıcı və səmərəli istifadə etməsi onların professional borcudur, yardımda və müalicədə müsbət nəticələr əldə etmək üçün vacib şərtdir. Bu, elmi tədqiqat və araşdırma deyil, bu müalicə üsullarının effektiv, səmərəli tətbiqi və istifadəsi deməkdir. Yəni, Psixoterapiyalardan psixoloji, kliniki və reabilitik müdaxilələrdə və müalicədə istifadə edən bütün psixi sağlamlıq sahələrinin ixtisas sahibləri müsbət nəticə üçün psixoterapiyalardan effektiv, səmərəli və yaradıcı formada istifadə etməyə çalışır və edir, bu elmi tədqiqat və araşdırma prosesi deyil, bu, müsbət nəticələri əldə etmək üçün icra olunan müalicə və müdaxilələr prosesidir. Digər bir səbəb yanaşmasını təsəvvür edin, bütün dünyada və ölkəmizdə də psixoloqlar, psixiatrlar və klinik psixoloqlar yardımda, müalicədə və reablitasiyada psixoterpiyalardan effektiv, yaradıcı və səmərəli formada istifadə edərək pasiyentləri qəbul edirlər, onları müalicə edirlər, professional bizneslə məşqul olurlar, onların arasında daha səviyyəli və peşəkar mütəxəssislər var, indi onlar gedib İxtisaslaşmış Şuralara müraciət edib Psixoterapiya üzrə elmi dərəcə almalıdırlarmı? Əlbəttə bu, mümkün deyil, çünki onlar müalicə və yardım prosesində sadəcə olaraq psixoterapevtik metodlardan - müalicə üsullarından istifadə ediblər, bu onların professional və yaradıcı peşəkarlıq borcudur. Başqa bir problem isə ölkəmizdə Psixoterapiyanın mövcudluq səviyyəsi ilə bağlıdır, ölkəmizə yeni gələn psixoterapiyaları qənaətbəxş səviyyədə öyrənənlərin sayı olduqca azdır. Çünki ölkəmizdə Psixoterapiyanı və psixoterapiyaları sanballı və professional səviyyədə öyrənmək üçün heç bir rəsmi və qeyri-rəsmi şərait yoxdur. Nəzərinizə çatdırıram ki, Psixoterapiyanı və psixoterapiyaları qənaətbəxş səviyyədə öyrənmək və yaxud hər hansı bir təhsil səviyyəsində tədris etmək üçün Avropada, Amerikada və digər inkişaf etmiş ölkələrdə ən azı iki il təhsil və təlim almaq lazımdır. Buna isə həm də, uzun illər tələb olunur. Özüm də, 30 ilə yaxındır ki, dünyada Psixologiya elmlərini, Psixoterapiyanı və Klinik psixologiyanı öyrənirəm, indi də davam edən beynəlxalq əlaqələrə malikəm, Psixologiyaya aid beynəlxalq səviyyəli kitabı Elm üzrə Dövlət Mükafatına təqdim olunan yeganə ölkə psixoloquyam, yenə də bu sahələr haqqında ehtiyatla danışıram, amma heç bir xarici dilləri bilməyən hətta, dünyagörüşü belə qənaətbəxş səviyyədə olmayan birisi deyir ki, mən də Psixoterapiyanı tədris etmək üstəlik, araşdırılası mümkün olmayan psixoterapiyaları dünyada ilk dəfə olaraq “tədqiq” etmək istəyirəm. Yəni, bu sahədəki məlumatsızlıq və savadsızlıq artıq bütün parametrlər üzrə öz işini görüb. Psixoterapiyalardan elmi tədqiqat və araşdırma daxilində müəyyən diaqnostik və korreliyasiya nəticələrini əldə etmək üçün köməkçi müalicə vasitəsi və üsulu kimi istifadə etmək mümkündür, amma Psixoterapiyalar hansı isə elmi iş mövzusunun adı (Title) və tədqiqat Əsası, Predmeti, Problemi və Standartı ola bilməz. Əgər bu araşdırma prosesi Psixoterapiaynın özündə mümkün deyilsə, digər sahələrdə məsələn, Psixologiyada və yaxud Klinik psixologiyada necə mümkün ola bilər!? Nəhayət, Psixologiya elmlərinin, Psixoloji yardımın, Psixoterapiyanın və psixoterapiyaların yarandığı ölkələrdə psixoterapiyaları tədqiqat problemi, predmeti və standartı kimi araşdıra bilmirlərsə Azərbaycanda bunu necə və hansı yollarla edirlər üstəlik, elmi dərəcə də almaq istəyirlər!? Bir şeyi də anlamaq mümkün deyil, bütün dünyanın elmi tədqiqat problemi və tədqiqat standartı kimi qəbul etmədikləri və tədqiqat metodları belə olmayan, sadəcə müalicə üsulu olan və Psixoterapiyanın özü belə araşdıra bilmədiyi psixoterapiyaları bu namizədlər necə, hansı üsullarla, hansı tədqiqat metodları və standartları ilə araşdırırlar!? Bəlkə dünyada ilk dəfə olaraq Psixoterapiya üçün yeni elmi predmet, yeni elmi tədqiqat problemləri, elmi tədqiqat metodları və yeni elmi standartlar kəşf edib onlardan istifadə edirlər!? Tutaq ki, dünya tərsinə fırlanmağa başladığı üçün yeni psixoterapevtik müalicə üsulları “kəşf ediblər”, bunun sahib olduqları Psixologiyaya və Klinik psixologiyaya nə aidiyyatı var!? Deməli, bu “namizədlər” heç bir ciddi araşdırma və tədqiqatla məşqul olmurlar və ola da bilməzlər, “elmi iş mövzularına” aid yazdıqları “elmi məqalələr”i də heç bir elmi nəticə mahiyyəti daşımır, əvəzində öz “ənənəvi işləri” ilə məşqul olurlar, insanları, öz elmi rəhbərlərini, dövlət orqanlarını və sonda da Ali Attestasiya Kommissiyasını aldatmaq istəyirlər. Göründüyü kimi, Psixi sağlamlıq sahələrinin mütəxəssisləri elmi tədiqaqatlarda psixoterapiyaları və psixoloji müalicə üsullarını tədqiq edib yeni müalicə üsulları “kəşf edə” bilməzlər. Çünki tibbi və psixoloji müalicə üsullarının kəşfi tədqiqatı isə tamamilə digər elmi-təcrübi və tibbi-tarixi prosesləri əhatə edir. Psixi sağlamlıq mütəxəssisləri tədqiqatlarda öz ixtisas sahələrinin fundamental problemlərini araşdırmalıdırlar. Məsələn, klinik psixoloqlar müasir dünyada xüsusi diqqət yetirilən klinik-psixoloji diaqnostika, dəyərləndirmə və hesabat problemlərini, anomal uşaqların psixoloji və fizioloji diaqnostika problemlərini, neyropsixoloji, patopsixoloji, psixosomatik problemləri, psixometrik və psixoloji testləşmə problemlərini və sairə digər vacib klinik-psixoloji problemləri araşdıra bilərlər. Göründüyü kimi, klinik psixoloqlar üçün öz əsas sahələri üzrə çox maraqlı və perspektivli tədqiqat problemləri vardır, belə olan halda, klinik psixoloqların onlara və ixtisaslarına heç bir aidiyyatı olmayan Psixotetapiyanın və psixoterapiyaların “tədqiqində” nə işləri ola bilər!? Şübhəsiz, bu tipli “mütəxəssislərə” şərait yaradaraq onların “elmi işlərini” və “araşdırma nəticələrini” rəsmiləşdirən, təsdiq edən təşkilatlar, ali məktəblərin magistratura və doktrantura şöbələri, elmi şuralar, səlahiyyətli şəxslər və kafedra rəhbərləri də məsuliyyət daşıyırlar.Bir daha yeni bir cəhd...
Hamımızın dəqiq məlumatlı olduğu problemi bir daha tam dəqiqləşdirmək üçün yeni cəhdlər etdim, İngiltərə və Amerikadakı bəzi şəxslərlə əlaqə saxladım və onlara "Ölkənizdə olan Psixoterapiya haqqında nə deyə bilərsiniz, bu sahə üzrə Fəlsəfə doktolruğu (Phd) təhsili və elmi dərəcəsi varmı?" sualını verdim, onların cavabı da fərqli olmadı: "Ölkəmizdə (Amerikada və Böyük Britaniyada da) də Psixoterapiya üzrə Phd təhsili və elmi dərəcəsi yoxdur, Psixoterapiya və psixoterapiyalar elmi tədqiqat sahəsi deyil, Müalicə üsuludur və Tədqiqatı (Research) yoxdur. Ümumiyyətlə, tanınmış və əksər ali məktəblərdə Psixoterapiya üzrə heç bir təhsil səviyyələri də yoxdur. Amma Psixoterapiya üzrə bəzi Bakalavr və Magistr təhsil səviyyəsi olan psixoterapevtlər gələcək professional karyera inkişafları üçün son çıxış yolu kimi Psixiatriya, Psixologiya, Klinik psixologiya sahələri üzrə Fəlsəfə doktorluğu qazanaraq Psixoterapiya ilə üzrə karyeralarını davam etdirirlər". Burada da çaşqınlıq olmasın deyə qeyd edirəm ki, bu psixoterapevtlər Psixologiyada, Psixiatriyada və Klinik psixologiyada psixoterapiyalardan yox, həmin sahələrin əsas problemlərini tədqiq edərək elmi dərəcə alırlar. Yəni, Bakalavr və Magistratura təhsil səviyyəsinə malik Psixoterapevtlər belə Psixoterapiya elmi tədqiqat sahəsi olmadığı üçün bu sahə üzrə Phd təhsili və Psixoterapiya üzrə elmi dərəcə qazana bilmirlər və gələcək karyera inkişafı üçün Psixiatriya, Psixologiya və Klinik psixologiya üzrə Fəlsəfə Doktorluğu təhsili alaraq həmin sahələr üzrə elmi dərəcə almaq məcburiyyətində qalırlar. Amma ölkəmizdə psixoterapiyalardan “müdafiə edib” fəlsəfə doktoru hətta, elmlər doktoru olmaq istəyən fırıdaqçı psixoloq və klinik psixoloqlar peyda olub. Bir daha təsəvvür edin, Psixologiya elmlərinin, Psixoloji yardımın, Psixoterapiyanın və psixoterapiyaların yarandığı Amerikada və Avropada Psixoterapiya üzrə Bakalavr və Magistratura təhsili almış psixoterapevt belə psixoterapiyaları araşdırıb Psixoterapiya üzrə fəlsəfə doktoru ola bilmir, Azərbaycanda isə Psixoterapiyanın və psixoterapiyaların nə demək olduğunu hələ dərindən bilməyən hansı isə “psixoloq” və “klinik psixoloq” psixoterapiyalardan “elmi iş mövzusu” götürüb onu, “təsdiq etdirir” və onların “rolunu araşdırıb” Psixologiya və yaxud Klinik psixologiya üzrə fəlsəfə doktoru hətta, elmlər doktoru olmaq istəyir. Azərbaycanda professional baxımdan və təhsil, elm və əmək qanunvericiliyində yox səviyyəsində olan üstəlik, elmi tədqiqat predmeti və standartı olmayan psixoterapiyalardan elmi iş mövzusunu təsdiq etdirmək və onu “tədqiq edib” elmi dərəcə almaq nə deməkdir? Bu savadsızlıq və rəzilliklə bağlı yaranmış suala kimlər cavab verə bilər?Rusiyada və ölkəmizdə “kəşf olunmuş” yeni bir qeyri-adekvat və gülünc ali pedaqoji təcrübə
Dünyada Klinik psixologiya üzrə Magistratura və Doktrantura (Fəlsəfə doktorluğu) təhsili yalnız və yalnız Psixologiya və psixologiya elmləri üzrə akademik Bakalavr baza təhsili olan ali təhsil müəssisələrində, tibb məktəblərində (Medical Schools) və tibb univeristetlərində açıla bilər. Çünki Klinik psixologiya Psixologiyanın elmi və psixoloji müalicə sahəsidir, buna görə də, məlum ali təhsil müəssisəsində klinik psixoloqlar hazırlamaq üçün Psixologiya və psixologiya elmləri üzrə akademik təhsil bazası və kadr potensialının olması əsas hüquqi və vacib şərt sayılır. Məsələn, İngiltərənin tanınmış UCL Tibb Məktəbində (UCL Mediacl School) və yaxud Varşava Tibb Univeritetində Psixologiya üzrə hətta, Klinik və Sağlamlıq Psixologiyası üzrə Bakalavr baza təhsil pillələri olduğu üçün onlar Klinik psixologiya üzrə Magsitratura və Doktrantura təhsili də verə bilirlər. Psixoloji yardım və Psixi Sağlamlıq Sahələri üzrə elə bizim “günümüzdə” olan Rusiyada və Azərbaycanda isə bu qayda pozulub – Azərbaycan Tibb Universitetdində Psixologiya və Klinik psixologiya üzrə akademik Bakalavr baza təhsil səviyyəsi və kadr potensialı olmadığı halda orada Klinik psixologiya üzrə Magistratura təhsil səviyyəsi açılıb. “Klinik ” sözünə görə hər hansı bir Tibb Univeristetində Klinik psixologiya üzrə hər hansı bir təhsil səviyyəsi açmaq gülünc yanaşmadır və dünyada belə bir məntiqsiz təcrübə yoxdur. Ola bilər, Azərbaycan Tibb Uinveristeti bu uğursuz təcrübəni Rusiyada özfəaliyyətlə məşqul olan Tibb Universitetlərindən “oğurlayıb”. Şübhəsiz, bu ciddi qeyri-adekvat əməllərə rəsmi münasibət bildirilməlidir, bu özbaşınalıqların qarşısı qətiyyətlə alınmalıdır, öz ənənəvi işini – peşəkar həkimlər hazırlamağı lazımi səviyyədə bacarmayan və vətəndaşlarımızı xarici dövlətlərə müalicə arxasınca getməyə məcbur edən, ən əsası isə Psixologiya və psixologiya elmləri üzrə Bakalavr baza təhsili və kadr potensialı olmayan bir Tibb Universitetində Magistratura səviyyəsində necə Klinik psixoloqlar hazırlana bilər? Bir daha təkrar edirəm, Klinik psixologiya Psixologiyanın sahəsidir. Ölkəmizdə baş verən digər biabırçı problem: Tibb Univeristetlərini bitirənlərə, Psixologiya və Klinik psixologiya üzrə akademik Bakalavr baza təhsili olmayan terapevtlərə, oftalmoloqlara hətta, stamotoloqlara Klinik psixologiya üzrə Magistratura səviyyəsində təhsil almaq hüququ verilib. Bir daha təkrar edirəm, dünyada ciddi və mürəkkəb elm sahəsi sayılan və ixtisas reytinqlərində hüquq və tibb ixtisaslarını artıq geridə qoymağa başlayan Psixologiya, psixologiya elmləri və Klinik psixologiya üzrə akademik Bakalavr baza təhsili olmayan heç bir namizəd Psixologiya, psixologiya elmləri və Klinik psixologiya üzrə Magistratura və Doktrantura (Phd) təhsili və elmi dərəcəsi ala bilməz! Bu məsələ ölkəmizdə də tamamilə qanuniləşdirilib. Ölkə Prezidentinin 07 dekabr 2018-ci ildə təsdiqlədiyi Psixoloji Yardım Haqqında Azərbaycan Respublikasının Qanununda açıq şəkldə yazılıb ki, “psixoloq” kimdir və “Psixoloji yardım” nədir. Elm və Təhsil Nazirliyi yuxarıdakı problemləri araşdırmalı və bu özbaşınalıqların qarşısını almalıdır.Ali təhsilimizin klassik və müasir problemi!
Rəsmi məlumatda deyilir ki, Elm və Təhsil Nazirliyi cari ildə əsasən təcrübi Magistratura proqramlarının yenilənməsi üçün müvafiq işçi qrupları formalaşdırır və ilk dəfə olaraq proqramların hazırlanmasına rəhbərlik akademik mühitlə yanaşı, işə götürənlərdən də olan nümayəndələrə həvalə olunub. Yəni, bu prosesə ali məktəb kafedralarında işləyən professor-müəllim heyəti də cəlb olunub. Şübhəsiz, burada bir ciddi problemə diqqət yetirilməlidir: yeni təcrübi fənnlərin yalnız və yalnız ixtisasa aid “təcrübi ixitsas fənni” (MİF) olması bir əsas və zəruri şərt kimi irəli sürülməlidir. Ümumiyyətlə, bu problem bütün dünyada var, təqribən 2 ilə magistərlərə öz ixitsasları ilə bağlı ciddi təcrübi fəaliyyət və istehsalat biliklərini öyrətmək qeyri-mümkündür. Bu problemə də məlum təhlil yazısının məzmununa və məntiqinə uyğun olaraq Psixoloji yardım və Psixi Sağlamlıq Sahələri baxımından yanaşacağam. Yuxarıda qeyd etdiyim kimi, mən də Magistratura təhsilinin də daxilindəyəm. Son illər özüm də bu haqda ciddi fikirləşmişəm, amma veriləcək yeni qərarların daha bərbad olacağından ehtiyatlanaraq heç vaxt bu problemə ciddi toxunmamışam. Son zamanlar təcrübi fənnlərlə bağlı ətrafımdakı söh-söhbətlər və irəli sürülən yeni təcrübi fənn layihələri haqqında eşitdiklərim mənim düzgün fikirdə olduğumu təsdiqlədi: məlum olur ki, Magistratura səviyyəsində bəzi psixologiya fənnlərin xüsusilə də, klinik psixologiya üzrə ixtisas və qeyri-ixtisas fənnlərinin seçimi keçmiş akademik heyət tərtəfindən daha düzgün və daha perspektivli seçilib. Sadəcə olaraq, sonralar bu tədris planına müəyyən təcrübi-praktik fənnlərlə bağlı təkmilləşmələr aparılmayıb. Çünki bu sahələr üzrə müasir müəllim heyətinin professional səviyyələri də qənaətbəxş olmayıb. Təcrübə göstərir ki, akademik pedaqoji heyətin bəzi üzvlərinin tədris etdikləri ixtisas sahələrinin təcrübi-praktik tərəflərindən ümumiyyətlə, xəbərləri olmur və bu fənlər onları maraqlandırmır. Bu yanaşma bütün digər sahələrə və ixitsaslara da aiddir. Bu cür professor-müəllim heyəti Magistratura fənnlərini yeniləyə bilməz. Düşünürəm ki, problemi həll etmək üçün əsasən beynəlxalq səviyyəli təcrübəli yerli mütəxəssislərdən ibarət daha ciddi elmi və pedaqoji akademik heyəti olan ETN Komissiyası yaradılmalıdır. Psixologiya sahələrinin və Klinik psixologiyanın Magistratura üzrə təhsil səviyyəsində ilk növbədə, ciddi və daha geniş formada ixtisaslara uyğun nəzəri bilikləri əhatə edən fənnlərin tədrisi vacibdir. Bu nəzəri fənnlərlə bağlı problemlər müəyyən mənalarda öz həllini tapıb. Amma hamını narahat edən “təcrübi fənn”lər problemi həmişə problem kimi diqqət mərkəzində olub. Bu baxımdan, psixologiya sahələrinin və klinik psixologiyanın tədrisində Psixoterapiyadan istifadə olunur. “Psixoterapiyanın aktual məsələləri” adlı seşmə fənn Magistratura səviyyəsində Klinik psixoloqlara artıq tədris olunur. Əslində Psixoterapiyanın əsaslarını əhatə edən bu ümumi seçmə fənn təkcə klinik psixoloqlara yox, Magistratura səviyyəsində Psixologiya ixtisasları üzrə təhsil salan bütün magistlərə tədris olunmalıdır. Çünki bütün Psixoterapiyalar haqqında ümumi nəzəri və təcrübi məlumatları əhatə edən bir seçmə fənnin keçirilməsi vacibdir, çünki bütün psixoloqlar və klinik psixoloqlar müdaxilə, müalicə, məsləhət və reablitasiya proseslərində psixoterapiayalardan istifadə edə bilirlər. Elm və Təhsil Nazirliyinin bu təşəbbüsündən sonra bəzi ali məktəblərin psixologiya kafedralarının əməkdaşları hərəkətə keçiblər, müəyyən təşkilat və mərkəzlərə səyahətlər və təcrübi görüşlər təşkil ediblər. Sonra da təcrübi fənn tədris etmək üçün ETN-in məlum təşəbbüsünə cavab olaraq yeni təcrübi fənn layihələri də irəli sürüblər: Psixologiya və Klinik psixologiya üzrə magistrlərə təcrübi kliniki fəaliyyətdə kömək edəcək üsulları öyrətmək üçün yenə də Psixoterapiyanın əsas istiqamətlərinin tədrisi təklif olunub, artıq şizoidlərə xas olan “psixoterapiyalara qeyri-real və anomal vurğunluq xəstəliyi” öz işini görüb. Birincisi, yeni təcrübi ixtisas fənnlərinin yalnız ixtisasa aid “təcrübi ixitsas fənni” (MİF) olması çox vacib və strateji yanaşma olmalıdır. Magistratura təhsil səviyyyəsində auditoriya tədrisi təqribən 1 il 6 aydır. Şübhəsiz, çalışmaq lazımdır ki, bu kiçik vaxt ərzində ilk növbədə, magistr psixoloq və klinik psixoloqlara öz ixtisaslarına uyğun ilkin diaqnostika, təcrübi yardım və müalicə üsulları öyrədilsin. İkincisi, Psixologiya və Klinik psixologiya Psixoterapiyadan daha ciddi, geniş və elmi-təcrübi psixoloji müalicə sahəsi olduğu halda, niyə Magistratura səviyyəsində onlara öz ixtisaslarına aid təcrübi ixtisas fənnlərinin əvəzinə yenə də, seçmə təcrübi fənnlər tədris olunmalıdır? Ücüncüsü, artıq Psixologiya və Klinik psixologiya üzrə təhsil alan bakalavr və magistrlərə Psixoterapiyanı, onun əsas istiqamətlərini və digər psixoterapiyalar haqqında ümumi nəzəri və təcrübi məlumatları əhatə edən “Psixoterapiyanın aktual məsələləri” adlı və digər seçmə fənnlər tədris olunur. Yenidən psixoterapiyaları və yaxud hansı isə əsas Psixoterapiya istiqamətini öyrənmək kimlərə və nəyə lazımdır, bəs psixoloqlara və klinik psixoloqlara ilk növbədə, lazım olan “təcrübi ixtisas sahələri” olan psixoloji və klinik-psixoloji diaqnostikanı, qiymətləndirməni, hesabatı, əsas psixoloji müalicə üsullarını, klinik psixologiyanın müasir perspektivli təcrübi sahəsi olan Psixometriyanı və Psixoloji testləşməni kimlər və nə vaxt öyrədəcək? Ali məktəblərimizin psixoloq və klinik psixoloqları böyürlərində ixtisasları üzrə vacib təcrübi ixitsas fənləri olduğu halda, rasional səviyyələrinə uyğun gəlməyən psixoterapiyalardan nə istəyirlər!? Psixoloqlara və klinik psixoloqlara digər psixi sağlamlıq mütəxəssislərinə təcrübi professional fəaliyyətə giriş üçün ilk növbədə, psixoloji və klnik-psixoloji diaqnostika, qimətləndirmə, psixometriya, korreksiya və konsultasiyanın əsasları ilə bağlı təcrübi fənnlər tədris olunmalıdır. Sual verirəm: psixoloji və klinik-psixoloji diaqnostikanı, qiymətləndirmə proseslərini, psixometriyanı, korreksiyanı və konsultasiya üsullarını bilmədən birbaşa necə psixoloji, klinik-psixoloji müalicə, korreksiya, konsultasiya və reablitasiya ilə məşqul olmaq olar və psixoterapiyalardan necə istifadə etmək olar? Qeyd etdiklərim, psixoloji və klinik-psixoloji yardımın, müalicənin, konsultasiyanın və reablitasiyanın həyata keçirmənin ilkin təcrübi fəaliyyət əsaslarıdır. Təcrübi və praktik istehsalatla bağlı fənnlər probleminin öz həllini tapmaması həmişə məni təəccübləndirib, çünki hər hansı bir sahə üzrə təcrübi ixtisas fənnlərini tədris etmək hər bir akademik ali pedaqoji heyətin professional vəzifəsi olmalıdır. Məsələn, aşağıda Sizlərə Klinik psixologiya üzrə Magistratura səviyyəsində tədris olunmaq üçün psixoloji və kliniki müdaxilə metodlarını, təcrübi bacarıqları özündə birləşdirən bir necə yeni müasir təcrübi ixtisas fənnlərinin adlarını təqdim edirəm:- “Klinik-psixoloji diaqnostika, dəyərləndirmə və hesabat” – Mag. İxtisas Fənni – MİF.
- “Psixoloji diaqnostikanın və müalicənin əsas tətbiqi üsulları” - MİF.
- “Anormal uşaqların fizioloji, psixoloji diaqnostikası və müalicə metodları” – MİF.
- “Psixometriya, psixometrik qiymətləndirmə və psixoloji testləşmə” – MİF.
- “Psixoloji diaqnostika: korreksiya, məsləhət və reabilitasiya məsələləri” – MİF-B04.04. Qərbi Kaspi Universitetində artıq tədris olunur.