17.04.2025, 08:07
164 baxış
Lamiyə
Avtomobilinin təmirini bəyənməyib iki nəfəri güllələdi
Rusiyada 78 yaşlı kişi avtomobilinin təmirindən narazı qalıb iki avtomexanikı ov tüfəngi ilə güllələyib.
Medianews.az xəbər verir ki, hadisə İrkutsk vilayətinin Taişet şəhərində, 2024-cü ilin yayında baş verib.
Zərərçəkənlərdən biri aldığı xəsarətlərdən dünyasını dəyişsə də, vaxtında tibbi yardım göstərildiyi üçün ikincinin həyatını xilas etmək mümkün olub.
Cinayətkarın qaçmasına onun təmirə verdiyi eyni nasaz avtomobil mane olub. Texniki nasazlıq səbəbindən avtomobil yoldan çıxıb və bu, əməliyyatçılara hadisəni törədənin yerini tez bir zamanda müəyyən etməyə imkan verib.
Təqaüdçü saxlanılaraq nəzarətə götürülüb. Məhkəmədə o, günahını etiraf edib. Məhkəmənin təyin etdiyi cəzanın təfərrüatları hələlik açıqlanmır.
Medianews.az
Paylaş: