11.04.2025, 07:27
116 baxış
Lamiyə
Mbappe PSJ-yə görə özünə əlavə 3 vəkil tutdu
Fransa millisinin və “Real”ın hücumçusu Kilian Mbappe sabiq klubu PSJ-dən keçən mövsümün sonundan qalan ödənilməmiş maaşını almağa çalışır.
“Qafqazinfo” bu barədə “Relevo” nəşrinə istinadən xəbər verir.
Bildirilir ki, Mbappenin hüquq komandasına cinayət və əmək işləri üzrə ixtisaslaşmış daha üç hüquqşünas qoşulub.
Mbappe Paris klubundan 2023/2024-cü il mövsümünün sonunda ona bonus olaraq ödənilməli olan 55 milyon avronu almaq niyyətindədir.
Qeyd edilən bonuslar ona “Real”a keçdiyi üçün ödənilməyib.
Bundan əlavə, Mbappenin vəkillərinin Fransa Futbol Federasiyasından mübahisəli işi UEFA-ya göndərməyi xahiş edib.
Paylaş: