09.04.2025, 18:50
189 baxış
Azad
Azərbaycanda bağça uşaqlarına it sürüsü hücum çəkdi: çox sayda yaralı xəstəxanaya yerləşdirildi
Sumqayıtda bir gündə doqquz uşağı it tutub.
Medianews.az Oxu.az-a istinadla bildirir ki, hadisə şəhərin 12-ci mikrorayon ərazisində baş verib. Eyni bağçadan ayrı-ayrı vaxtlarda çıxan doqquz uşağa it sürüsü hücum edib. Azyaşlılar bədənin müxtəlif yerlərini it tutması diaqnozu ilə Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılıblar.
Bildirilir ki, itlər uşaqlardan birinin başını yaralayıb.