01.04.2025, 11:49
171 baxış
Lamiyə
Çadırdan çıxarıb PARÇALADI - Turistin dəhşətli ÖLÜMÜ
1984-cü ildə ABŞ-nin Yellowstone Milli Parkında ayı qadını çadırdan çıxarı parçalayıb.
Medianews.az xəbər verir ki, bu barədə yeni kitabında Sports Afield və Outdoor Life jurnallarının keçmiş baş redaktoru Lamar Andervud danışıb.
Həmin ilin iyul ayında 25 yaşlı turist Briqitta Fredenxaqen parka gəzintiyə çıxıb. Çadır qurub və yatmağa gedib.
Ertəsi gün o gözlənilən yerə gəlməyib. Qadının itkin düşdüyü bildirilib. Meşə işçiləri turisti axtarmağa başlayıb və onun düşərgəsinə rast gəliblər. Orada insan qalıqları tapdılar. Məlum olub ki, gecə ayı yatmış qadını çadırdan çıxarıb, parçalayıb və yeyilməmiş bədən hissələrini ətrafa səpələyib.
Andervud izah edib ki, turistin səhvi təkbaşına gəzintiyə çıxması olub. "Ayı hücumlarının qurbanlarını birləşdirən yeganə şey onların yanlış zamanda yanlış yerdə olmalarıdır”, o kitabda yazıb. Onun fikrincə, ayıdan əsas qurtuluş səs-küy və böyük qrupdur.
Andervudun sözlərinə görə, ayı planetin ən təhlükəli yırtıcılarından biridir. Onun çəkisi 363 kiloqrama, hündürlüyü isə iki metrə çata bilər. Müəllif qeyd edib ki, qrizzlər ovları ilə həm caynaqları, həm də dişləri ilə məşğul olurlar. O vurğulayıb ki, hər il yazda yırtıcı qış yuxusundan çıxanda ABŞ-də ən azı 30 nəfər onun qurbanına çevrilir. Onların əksəriyyəti adətən sağ qalır.
Medianews.az