Medianews.az
Braziliya millisinin qapıçısı <span style=color:red>başından zədə alıb
151 baxış

Braziliya millisinin qapıçısı başından zədə alıb

Braziliya millisinin və İngiltərənin "Liverpul" klubunun qapıçısı Alisson Bekker başından zədə alıb. "Report" xəbər verir ki, 32 yaşlı qolkiper 2026-cı il dünya çempionatının seçmə mərhələsinin Kolumbiya ilə keçirilən oyununda (2:1) zədələnib. O, qarşılaşmanın 78-ci dəqiqəsində "Tottenhem"də çıxış edən Davinson Sançeslə toqquşub. Nəticədə "əlcək sahibi" meydanı tərk etmək məcburiyyətində qalıb. Alissonun zədəsinin nə dərəcədə ciddi olduğu aparılan müayinələrdən sonra bəlli olacaq.

Bizə qoşulun