Medianews.az
Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qabil, Qurban və Elşad Məmmədovlara qarşı yeni <span style=color:red> İŞ BAŞLAYIR - EKSKLÜZİV
1,043 baxış

Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qabil, Qurban və Elşad Məmmədovlara qarşı yeni İŞ BAŞLAYIR - EKSKLÜZİV

Son günlər Baş Prokurorluq xaricdə yaşayan bir neçə azərbaycanlını - Tural Sadıqlı, Qurban Məmmədov, Qabil Məmmədov, Məhəmməd Mirzəli və Elşad Məmmədovu İctimai Teleradio vasitəsilə istintaqa çağırıb. Medianews.az bildirir ki, Cinayət-Prosessual Məcəlləsinə əsasən, təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqana çağırılması nəticə vermədikdə cinayət prosesini həyata keçirən orqandan gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxsə ittiham elan etmək məqsədilə onun tutulması, axtarışı, eləcə də beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına verilməsi (ekstradisiyası) üçün tədbirlər görülür. Bu tədbirlər nəticə vermədikdə isə cinayət prosesini həyata keçirən orqan təqsirsizlik prezumpsiyasına riayət etməklə, Cinayət-Prosessual Məcəlləsinin “Çağırış vərəqəsi” maddəsində (54-2.1-ci maddə) qeyd edilməli olan məlumatları (çağırış vərəqəsinin verilməli olduğu şəxsin ünvanı istisna olmaqla) ictimai televiziya və radio vasitəsilə yayımlayır və rəsmi internet səhifəsində dərc etdirir. Beləliklə, bəlli olur ki, Baş Prokurorluq Tural Sadıqlı, Qurban Məmmədov, Qabil Məmmədov, Məhəmməd Mirzəli və Elşad Məmmədovu yuxarıdakı tədbirlər nəticə vermədiyi üçün istintaqa İctimai Teleradio ilə çağırıb. Bəs, bu çağırışlar da nəticə verməsə, adıçəkilən şəxslər istintaqa gəlməsələr necə olacaq? Bu halda istintaq orqanı hansı addımları atacaq? Medianews.az -ın suallarını cavablandıran hüquqşünas Əliməmməd Nuriyev xatırladıb ki, Cinayət-Prosessual Məcəlləsinə görə, təqsirləndirilən şəxs Azərbaycan ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizlənəndə, çağırışa gəlməkdən qəsdən boyun qaçıranda, yəni cinayət prosesində onun iştirakını təmin etmək mümkün olmayanda cinayət təqibi qiyabi icraat qaydasında aparıla bilər: “Bu o deməkdir ki, İctimai Teleradio ilə yayılan çağırışlar nəticə verməsə, sözügedən şəxslər barəsində cinayət təqibi qiyabi icraat qaydasında aparıla bilər. Yəni həmin şəxslərin iştirakı olmadan cinayət təqibi hərəkətləri başlana bilər. Çünki İctimai Teleradio vasitəsilə edilən çağırışlar cinayət təqibi üzrə qiyabi icraat açılmazdan əvvəl cinayət təqibi orqanı tərəfindən görülən son tədbirdir. Bu tədbirin də nəticəsiz qalması, çağırılan şəxslərin istintaqa gəlməməsi onların iştirakı olmadan cinayət təqibi üzrə qiyabi icraatın başlanmasına əsas verir. Bu baxımdan Baş Prokurorluğun İctimai Teleradio vasitəsilə səsləndirdiyi çağırışlar qanunvericiliyə tam uyğun addımlardır”. Ə.Nuriyev bildirib ki, hazırda söhbət məhkəməyədək icraat zamanı cinayət təqibi üzrə qiyabi icraatın açılmasından gedir: “Məhkəməyədək qiyabi icraat ibtidai istintaq şəklində aparılır. Amma qiyabi icraat təkcə ibtidai istintaqla yekunlaşmır. İbtidai istintaq başa çatandan sonra iş məhkəməyə verilə, bütün instansiya məhkəmələrində baxıla, qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıla bilər. Əgər bu mərhələlərin hər hansı birində həmin şəxslər istintaqa və ya məhkəməyə gələrsə, yaxud gətirilərsə, onda qiyabi icraata xitam verilməsi, istər istintaqın, istərsə də məhkəmə prosesinin təkrar aparılması mümkündür”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun