Medianews.az
"Real Madrid" klubunun tarixin <span style=color:red>ən yaxşı futbolçusu bəlli oldu
167 baxış

"Real Madrid" klubunun tarixin ən yaxşı futbolçusu bəlli oldu

"Real Madrid" tarixinin ən yaxşı futbolçularının siyahısı dərc olunub. Oxu.Az xəbər verir ki, "Give Me Sport" portalının tərtib etdiyi siyahıda birinci yeri klub tarixinin bombardiri Kriştianu Ronaldu tutub. İkinci yerdə "Qızıl Top"un beşqat qalibi Alfredo di Stefano qərarlaşıb. Reytinqdə ilk üçlüyü əfsanəvi Zinəddin Zidan tamamlayıb. Dördüncü yerdə müdafiəçi Serxio Ramos, beşinci sırada isə əfsanəvi qapıçı İker Kasilyas qərarlaşıb. Raul Qonzales, Santyaqo Bernabeu, Fransisko Qento, Ferents Puşkas və Luiş Fiqu da ilk onluqda yer alıblar.

Bizə qoşulun