28.02.2025, 07:50
181 baxış
Lamiyə
Ayı bir gecədə 2 nəfəri PARÇALADI
Hindistanın Tamilnad əyalətində ayı bir gecədə 2 kişini parçalayıb.
Medianews.az xəbər verir ki, fermerlər Karuppia və Manikandan Theni rayonunda qonşu təsərrüfatlara sahib idilər.
Hər ikisi çərşənbə axşamı, fevralın 25-i axşam təsərrüfatlarını qorumaq üçün yola düşüblər. Ertəsi gün səhər kişiləri fermalarından gələn işçilər cansız tapıblar.
Hər iki şəxsin ayı tərəfindən öldürüldüyü məlum olub. Lakin meyitlərin yanında onlara aid olmayan mobil telefon tapılıb.
Bununla bağlı müstəntiqlər zorakılıq xarakterli cinayət ehtimalını da nəzərdən keçirirlər.
Medianews.az