Medianews.az
Naxçıvanda zəncirvari qəza
109 baxış

Naxçıvanda zəncirvari qəza

Naxçıvan şəhərində zəncirvari qəza olub. Hadisə şəhərin Heydər Əliyev prospekti ilə Atatürk küçəsinin kəsişməsində baş verib. Naxçıvanın "Şərq qapısı" qəzeti xəbər verir ki, zəncirvari qəzada 75-BD-273 dövlət nömrə nişanlı "BMW" markalı avtomobil, 75-TA-498 dövlət nömrə nişanlı "NAZ Lifan" markalı avtomobil və 75-BE-462 dövlət nömrə nişanlı "Lada" markalı avtomobil toqquşub. Qəza zamanı Naxçıvan şəhər sakini, 1993-cü il təvəllüdlü Eyvazova Nurəngiz Vilayət qızı xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun