Medianews.az
Uçot dərəcəsi:
127 baxış

Uçot dərəcəsi: qaldı dörd qərar

Mərkəzi Bankın İdarə Heyəti 2026-cı ildə uçot dərəcəsi (kommersiya banklarına manatla verilən borclar üzrə faiz dərəcəsi) üzrə dörd qərar qəbul edib. Fevralın 4-də uçot dərəcəsi 6,75 faizdən 6,5 faizə düşürülüb, aprelin 2-də, mayın 6-da və iyunun 24-də həmin hədd dəyişməz saxlanıb.

Medianews.az xəbər verir ki, növbəti qərarlar bu günlərdə açıqlanacaq: 5 avqust, 23 sentyabr, 4 noyabr, 23 dekabr.

Maksimum uçot dərəcəsi 2007 və 2018-ci illərdə 13 faiz, 2008, 2016 və 2017-ci illərdə 15 faiz, 2009 və 2012-ci illərdə 5 faiz, 2010 və 2015-ci illərdə 3 faiz, 2011-ci ildə 5,25 faiz, 2013-cü ildə 4,75 faiz, 2014-cü ildə 4,25 faiz, 2019-cu ildə 9,25 faiz, 2020, 2021 və 2025-ci illərdə 7,25 faiz, 2022-ci ildə 8,25 faiz, 2023-cü ildə 9 faiz, 2024-cü ildə 7,75 faiz olub.

Medianews.az

 

Bizə qoşulun